Icma.az
close
up
RU
Ayaz Mütəllibova dedim ki...

Ayaz Mütəllibova dedim ki...

Icma.az bildirir, Azpost portalına istinadən.

“Ayaz Mütəllibova dedim ki, Qorbaçov gedir, Yeltsinlə işləmək lazımdır” –İsa Qəmbər “SSRİ niyə dağıldı” layihəsində danışıb

“Əgər Xalq Cəbhəsi 1991-ci ilin sentyabrında Azərbaycanda keçirilmiş prezident seçkiləri zamanı Ayaz Mütəllibova qarşı alternativ namizəd irəli sürsəydi, bütün hər şey başqa cür olardı. Bizim o zaman seçkini boykot etmək qərarımız düzgün deyildi. Əgər seçkidə iştirak etsəydik, bizim namizəd qalib gələcəkdi”.

AzPost bildirir ki, bu sözləri Azərbaycan Milli Məclisinin sabiq sədri İsa Qəmbər Rusiyanın keçmiş baş naziri Yeqor Qaydarın adını daşıyan Fondun  və Slon.ru-nun “SSRİ necə dağıldı: Tarix birinci şəxslərin dilindən” layihəsi çərçivəsində tanınmış rus jurnalisti Arkadi Dubnova verdiyi verdiyi müsahibəsində deyib.

“Lənkəranda və Naxçıvanda sərhəddin sökülməsinə Berlin divarının yıxılması vüsət verdi”

Milli Məclisin sabiq sədri 1990-cı illərdə baş vermiş bir çox siyasi hadisələr barədə maraqlı məqamları açıqlayıb. İsa Qəmbər 1989-cu ilin dekabrında Azərbaycanda SSRİ-İran sərhəddinin sökülməsini xalqın öz  milli hisslərinə qayıdışı ilə əlaqələndirib: “Lənkəranda və Naxçıvanda baş verən sərhəd hadisələrinə Berlin divarının yıxılması vüsət verdi. O zaman xalq arasında vahid Azərbaycan ideyası aktual idi. İnsanlar özlərinə sual verirdilər: onlara icazə varsa, bizə niyə yoxdur? Sərhədlə bağlı təşəbbüs “aşağılardan”- AXC-nin yerli təşkilatlarından gəlmişdi. AXC rəhbərliyi və Əbülfəz Elçibəy buna öz razılığını verdi. AXC ciddi qarşıdurma baş verməməsi və qurbanların olmaması üçün bu işi təşkil etmyə cəhd edirdi”.

İsa Qəmbərin sözlərinə görə,  SSRİ-nin bu məsələdə öz marağının güdməsi istisna olunmur: “Mən hesab etmirəm ki, SSRİ zəif olduğu üçün sərhədlərin sökülməsinə mane olmadı. Çox guman ki, Moskvada bu hərəkəti Azərbaycanda yanvar hadisələrini törətmək üçün zəmin kimi hazırlayırdılar. Çünki hadisələrin ilk günündə Qorbaçov və adamları Azərbaycan xalqını islam fundamentalizmində ittiham edir və Azərbaycanın İrana birləşmək istəməsi barədə danışırdılar. Bu, onlar tərəfindən çox axmaq yanaşma idi. Çünki belə bir şey yox idi. Fundamentalizm Azərbaycanda heç vaxt olmayıb, bu gün də yoxdur”.

Bununla yanaşı İsa Qəmbər sərhəddin sökülməsi prosesinin DTK tərəfindən təxribat olmasını subut etməyin indi çox çətin olduğunun deyib: “Bunu subut etmək çox çətindir. Məndə subutlar yoxdur. Amma əminəm ki, biz bu barədə çox az bilirik. Axı heç kim DTK arixvlərini açmayıb”.

“Polyaniçko stolun üstündən “Quran”ı götürüb dedi ki, “Quran-mənim stolüstü kitabımdır””

İsa Qəmbər AXC-ni dini və milli-etnik yöndə təxribatlara çəkmək cəhdlərinin olduğunu qeyd edib. O bildirib ki, AXC-nin tərkibində talışlar, kürdlər, ləzgilər və digər xalqlar aktiv təmsil olunurdu. Moskva isə bu yöndə təxribat cəhdlərinə əl atmaqdan çəkinməyib: “1988-ci ildə Viktor Polyaniçko Azərbaycan Kommunist Partiyasına ikinci katib təyin olunduqdan sonra AXC rəhbərliyi və ziyalılarla görüşdü.  Mən də o görüşə dəvət olunmuşdum. Polyaniçko dedi ki, AXC-nin proqramını oxuyub və hesab edir ki, bu sənəd həddən artıq avropasayağıdır. Polyaniçko daha sonra vurğuladı ki, Azərbaycan bayrağı 3 rənglidir: Mavi – türkçülüyü, yaşıl islamı, qırmızı Avropanı və demokratiyanı təcəssüm etdirir. Sonra Polyaniçko bildirdi ki, “AXC-nin proqramında nədənsə mavi və yaşıl rəng hiss olunmur”. Biz çox təəccübləndik. Bizim ilk görüşümüz idi onunla… Mən Polyaniçkodan soruşdum: “Bu, sizi niyə belə narahat edir? Biz çox yaxşı bilirik ki, Azərbaycan xalqına nə lazımdır və buna necə nail olmaq olar”. Polyaniçko stolun üstündən “Quran”ı götürüb dedi: “Quran mənim stolüstü kitabımdır. Mən hesab edirəm ki, bütün insanlar bu müdrik fikirləri öyrənməlidirlər”. Bax belə sadəlövh metodlarla o bizim mövqeyimizə təsir etmək istəyirdi”.

İsa Qəmbər vurğulayıb ki, istər Polyaniçko, istərsə Qarabağda Xüsusi İdarənin rəhbəri Volskinin bütün işləri Azərbaycan maraqlarına zidd idi. “Daha artığını deyirəm: bu iki nəfər Azərbaycan və Ermənistan arasında müharibə hazırlayırdılar. “Qarabağ münaqişəsini lap əvvəl başlanan  vaxt çox sadə yolla həll etmək olardı. Amma bu edilmədi. Bunu SSRİ rəhbərliyinin zəifliyi və uzağı görə bilməmələri ilə izah etmək çox çətindir. Sumqayıt hadisələri olan zaman Moskva orada iki günə qayda-qanun yaratdı. Analoji hadisə Sumqayıta qədər Ermənistanda da baş vermişdi. Bəs, nə üçün sovet höküməti və möhtəşəm DTK beş-on saqqalı silahlının qarşısını ala bilmədi?”.

“Ayaz Mütəllibova dedim ki, zaman Yeltsinə işləyir, Qorbaçova yox…”

Daha sonra 1991-ci ildəki proseslərlə bağlı sualları cavablandıran İsa Qəmbər qeyd edir ki, avqust qiyamına qədər Azərbaycan höküməti Qorbaçovla hər vəchlə yaxınlaşmağa cəhd edir, onun etimadını qazanmağa çalışrdı: “Onlar bununla şəxsi etimad qazanıb Azərbaycanın probleminin həllinə çalışmaq istəyirdilər. Yadıma gəlir: 1991-ci ildə prezident Ayaz Mütəllibovla söhbətim zamanı mən onu proseslərin hara getdiyini izah etməyə çalışrdım. Ona məsləhət gördüm ki, Yeltsinin diqqətini özünə çəkməyə, SSRİ xalq deputatlarından ibarət nufuzulu “regionlararsı deputat qrupu” ilə ümumi dil tapsın. Mütəllibov məni inandırmağa çalışırdı ki, guya, Qorbaçov çox güclüdür, ordu və DTK onun tərəfindədir. Mən ona izah etməyə çalışdım ki, ola bilsin, ordu Qorbaçovun tərəfindədir, amma zaman Yeltsinə işləyir. Ona görə Azərbaycanın, heç olmasa öz maraqlarına görə, Yeltsin və onun adamları ilə kordinasiyada işləmək lazımdır. Təəssüf ki, mən, onu inandıra bilmədim”.

“Sovet İttifaqı iqtisadi və sosial problemlərə görə dağılmadı. Ona görə dağıldı ki, imperiya idi. İmperiyada isə demokratiya inkişaf edən zaman, o artıq öz ərazilərini saxlaya bilmir” – deyə, Milli Məclisin sabiq sədri sonda qeyd edib.

Xaqani SƏFƏROĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Yanvar 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri