Icma.az
close
up
RU
Ayaz Arabaçının ŞEİRLƏRİ

Ayaz Arabaçının ŞEİRLƏRİ

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Bu  gün  59  yaşı  tamam  olan  çox  DƏYƏRLİ   və  SEVİLƏN,  ədəbiyyatımızın, poeziyamızın   İŞIQLI  TƏMSİLÇİSİ  Ayaz  Arabaçının DOĞUM  GÜNÜDÜR! Onu  saytımız  və  oxucularımız  adından  TƏBRİK  edirik! 60  yaşın  bir  addımlığında  ONA MÖHKƏM  CAN   SAĞLIĞI  və  YENİ  UĞURLAR   arzu  edirik!

Görüşək

Gülüm, sənin ürəyindən keçirsə,

Görüşməyin nəyi pisdi, görüşək.

Bir də gördün bir iş çıxdı böyürdən, 

Uzatmayaq, isti-isti görüşək.

Uyğun gələn bir qrafik qurarıq,

İki dəfə ikidi də, vurarıq,

Uzaqbaşı bir çay içib durarıq..

Nə şeydi ki, altı-üstü… görüşək.

Çox qurutma dəryasını bu salın,

Bir açılsın, bir ərisin buz halın,

Çiçəkləyib budaqları vüsalın,

Gəl neçə ki həsrət süstdü, görüşək.

Bir imza qoy, boş olanda bu rəyə,

Çox çətindi zor eləmək ürəyə,

Demirəm ki, "gedək üzü küləyə",

Elə-belə, ayaqüstü görüşək.

Ömrün qışda çiçək açan badamı, 

Özün başlat, bu mübarək edamı! 

Bağışlamır aldadanda adamı,

Bir də gördün ürək küsdü, görüşək.

Çəkmədiyim, dadmadığım bir ah yox, 

Qorunmağa elə güclü silah yox, 

Həyatdı də bu gün varıq, sabah yox,

Ömür yaman nadürüstdü, görüşək.

Yolçuluğum elə bircə o yolmuş, 

Xəyalımın dabanları soyulmuş, 

Onbeşindən ürəyimə qoyulmuş,

Ay, ilahi sevgi büstü, görüşək.. 

Dindir bir yol, kökdən düşmüş tarı, gəl,

Nə deyirəm, eybi yoxdu, qarı, gəl,

Alov-alov görüşmədik, barı gəl,

Heç olmasa tüstü -tüstü görüşək.

Ömrümün..

Heç bilmirəm harda düşdü əlimdən,

Tapammıram itiyini ömrümün.

Palıdını,çinarını qurudub,

Qoruyuram kötüyünü ömrümün.

A ümidim,a pənahım,a çıram,

Sabahımı harda gəldi açıram,

Gah dərmana,gah iynəyə qaçıram,

Yamayıram söküyünü ömrümün.

Nə saxladım ötən gündən tutiya,

Hanı o yol,ayaqlarım şütüyə,

Qabaqkıtək çəkəmmirəm ütüyə,

Qırışını-büküyünü ömrümün.

Gözlərimi toranlayıb çən daha,

At oynadır saçlarımda dən daha,

Usanmışam götürmürəm mən daha,

Nə səsini-nə küyünü ömrümün.

Varmı,gedim qəm olmayan pir yerə,

Sərilibdi hünər adlı şir,yerə,

Dəstələyib yığammıram bir yerə,

Arısını-pətəyini ömrümün..

Səhvi düz çıxanın, düzü nə çıxır ?

Nə vaxtdı qaranlıq bir meşədəyəm,
Hər tərəf canavar izinə çıxır.
Yoxdu bir gül belə, bir çiçək belə,
Ot-alaq adamın dizinə çıxır.

Ağrıma-acıma, dərdimə "əhsən!"
Kəsmədi o yellər başımdan əsən.
Həyatda elə yol varmı görəsən,
Zirvəyə birbaşa düzünə çıxır.

Finala nə qalıb - beş-altı oyun,
Möhtəşəm olacaq yası bu toyun.
A "müəllim", a "qalxoz", a mal, a qoyun,
Səhvi düz çıxanın, düzü nə çıxır ?

Hər xırda şeylərdən qaralmaz qanım,
Dəyərə-məyərə boş verin, canım!
Abır reklamına çəkilən xanım,
Gündə əllisinə-yüzünə "çıxır".

O kimdi tapşırıb qoyunu qurda..
Zülmətə qərq olub nur oğlu nur da!
Dədə, sən bilərsən, günəş bu yurda,
Hansı adamların üzünə çıxır?

               xxx

Bu dəfə də gedim-gəlim, ayrılaq

Day, bizimki neynəsək də alınmır,
Ay həyatım, ay əcəlim, ayrılaq.
Bu sevginin nöqtəsini qoymağa,
Gəlməsə də heç cür əlim, ayrılaq..

İçimizdə son baharın "tansı"dı,
Fürsət düşüb, ayrılığın şansıdı.
Gör təqvimdə düşərli gün hansıdı..
Qırmızıla, mənim dəlim, ayrılaq.

Deyəcəyim sözü sənə qıymıram,
Bu daşlaşmış üzü sənə qıymıram,
Yol uzaqdı, düzü, sənə qıymıram,
Yorularsan, özüm gəlim, ayrılaq.

Durub-durub demə ki, "kaş olmasın".
Son görüşdü, gözündə yaş olmasın,
Elə-belə dava-dalaş olmasın..
İstəyirəm həlim-həlim ayrılaq.

Loğmanlım ey, təbiblim ey, həblim ey,
Gül ətirli, bal çiçəkli ləblim ey,
Gələn dəfə güc taparam, nəblim ey,
Bu dəfə də gedim-gəlim, ayrılaq.


 "Yek"ini mən atıram, "şeş"ini kasıbçılıq
 

Çəkiləsi dərd deyil, yazılası dərd deyil,
Gəlib salıb üstümə leşini kasıbçılıq.
Nə vaxtdı hökm eyləyir aramızda iki zər,
"Yek"ini mən atıram, "şeş"ini kasıbçılıq.

Həftə səkkiz, mən doqquz üstümə hürüb gedir,
Zülmlə qazandığım ada tüpürüb gedir,
Əlinə nə keçirsə, silib-süpürüb gedir,
Görəndə təmiz görür "işini" kasıbçılıq.

Bir ayağım oddadı, biri də üzür suda,
Başı nəyə qarışıb, bəs nə iş görür Xuda...
Məndən başqa elə bil bir şey yoxdu menyuda,
Qıcayıbdı üstümə dişini kasıbçılıq.

Gəzirəm küçə-küçə veyil, səfil, sərgərdan,
Yoxdu bu cəbhələrdə məndən böyük sərkərdə...
Atışırıq uzanıb hərəmiz bir səngərdə,
Birini mən atıram, beşini kasıbçılıq.

Nəyin nəyi doğrudu, nəyin nəsi yalandı?
Qoruma gəl girdiyin bu qəfəsi, yalandı...
"Ac olub, kişi olmaq" fəlsəfəsi yalandı,
Hər addımda sındırır kişini kasıbçılıq...
 

                        xxx

Şeytana atmağa daş qalmayacaq

Kim nə gizlədibsə, kim nə yığıbsa,
Olacaq aləmə faş, qalmayacaq.
Əgər həqiqətə düz baxa bilsək,
Gözümüz qıyılıb çaş qalmayacaq.

Sağalmır, ey həkim, bu mənfur yara,
İt yağı sürtməkdən gəlmişik zara.
Ağa-ağ deməsək, qaraya-qara,
Göz nədi, hətta heç, qaş qalmayacaq.

"Duxun" var ağzını açıb "ı" elə,
Bu satqı elədi, bu alqı elə,
Elə ağladırlar bu xalqı elə,
Heç kimin gözündə yaş qalmayacaq.

Bir başda kir durub, bir başda pasaq,
Sevgi qadağandı, məhəbbət yasaq.
Hər hürən köpəyə bir daş tullasaq,
Şeytana atmağa daş qalmayacaq..

Min-min ox tuşlanır uçan qanada,
Güllə nə şeydi ki, könül qanada.
Mənə bir yer tapın dəlixanada..
Məndə bu gedişnən baş qalmayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Oktyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri