Icma.az
close
up
RU
Ayaz Salayev “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir” deyinə görə tənqid edildi

Ayaz Salayev “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir” deyinə görə tənqid edildi

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Sabiq millət vəkili Sabir Rüstəmxanlı ilə kinoşünas Ayaz Salayev arasında qalmaqal yaranıb. Baku TV-yə dəvət olunan qonaqların mübahisəsinə səbəb Ayaz Salayevin fikirləri olub. Belə ki, Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini deyən Salayev "rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir” deyə bildirib.

Ayaz Salayev vurğulayıb ki, artıq çoxları, məsələn, "qəsəbə” deyil, "kasaba” ifadəsindən istifadə edir.

Onun bu fikri Sabir Rüstəmxanlının xoşuna gəlməyib və ona etirazını bildirib:

"Ayaz bəy, bu, elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dilini təhlükə hesab edirsən. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?”

Qeyd edək ki, bu gün Azərbaycan dilinin ədəbi normalarına əməl olunmaması adi hala çevrilib. Telekanal və radio aparıcıları da dilimizin norma və tələblərinə məhəl qoymurlar. Yetli-yersiz rus və türk sözlərinin işlədilməsi də narazılıqla qarşılanır.

Media eksperti Qulu Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Sabir Rüstəmxanlı ilə Ayaz Salayev arasında olan dialoqa iki aspekdən yanaşmaq olar:

"Detallarda həqiqət üzə çıxmır, odur ki, bu məsələyə bir az konseptual yanaşmaq lazımdır. Yəni məsələyə geniş yanaşanda tərəflərin hər birinin fikrində həqiqət var. Birincisi, Sabir Rüstəmxanlı doğru deyir. Yəni, rus dili məktəblərinin genişlənməsi, rus dilində təhsilin geniş qol-qanad açması bizim üçün ciddi təhlükədir. Bu, yalnız milli kimlik məsələsinə toxunmur. Ümumiyyətlə, burada Azərbaycanın gələcəyi ilə bağlı problemlər var. Ona görə də rus dilində olan məktəblərin sayının azalması çox önəmlidir və vacibdir. Bu proses getməlidir. Nə qədər zərərli düşüncə hesab etsək də, bu gün Azərbaycan dilinin müxtəlif dillərin təzyiqinə məruz qalması faktı mövcuddur. Məsələn, əvvəllər bu təzyiqlər daha çox rus dilindən gəlirdi, amma bu gün Azərbaycan dilinə rus dili ilə yanaşı ingilis dilinin də müəyyən təsiri var. Türk dili ilə bağlı məsələ incədir. Ona görə də bunlardan qorxmağa ehtiyac yoxdur”.

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu ölkədə təhlükə türk dili deyil, rus məktəbləridir:

"Əgər bu ölkədə hər kəs türkcə danışırsa, demək, doğma dilində danışır. Dilimiz Türk dilləri ailəsinin Qərb qrupuna məxsusdur. Türkcə danışmaqda qeyri-adi, təbii olmayan heç nə yoxdur. Dilimiz Oğuz dil yarımqrupunda olduğundan bu bölgüdə yer alan digər türk xalqlarını daha rahat anlaya və qavraya bilir. Türk dilinin hansısa təhlükələr yaratmasında iddia etmək məsələyə diletant yanaşmaqdır. Tarixi baxımdan "Azərbaycan dili və azərbaycanlı” anlayışlarının tarixi 1938-ci ildən başlayır. Bu qərar da sovet diktatoru Stalinin göstərişi ilə verilib, dilimiz türk dili adından dəyişdirilərək, Azərbaycan dili adlandırılıb. Stalin türklərə qarşı bununla yetinməyib, Türküstan coğrafiyasının da adı dəyişdirilib, Orta Asiya adlandırılıb. Dilimizin türk dilindən başqa bir adı olsaydı, Güney Azərbaycanda yaşayan 30 milyondan çox soydaşımız özlərinə türk deməzdi”.

O ki qaldı Azərbaycan ədəbi dilinin dəyişdirilməsi təhlükəsi ilə üzləşməsinə, jurnalist qeyd edib ki, bu iddia da özünü doğrulda bilməyəcəklər sırasındadır:

"Heç bir dilin ədəbi norması kənar təsirlərlə sıradan çıxmır, təhriflərə uğramır. Türk xalqlarına inteqrasiya etdikcə bəzən uzun müddət unudulmuş sözlərin dilimizə qaytarılması hadisəsi baş verir. Bu hal bəzən xalq arasında az işlənən, yaxud unudulmuş sözlərin də ədəbiyyata gətirilməsi ilə özünü göstərir. Bizdə çox zaman Türkiyədəki danışıq tərzinin dilimizə yansıdığını deyirik, lakin eyni hal Azərbaycandan Türkiyəyə təsirində də özünü göstərir”.

R.Mirhəşimli vurğulayıb ki, dilə başqa dillərdən sözlərin gəlməsi dinamik prosesdir:

"Bizə başqa dillərdən sözlər gəldiyi kimi, bizdən də başqa dillərə sözlər keçir. Bu gün Rusiyanın hərbi terminlərində yer alan sözlərin böyük əksəriyyəti türk dilindən keçib. Türkiyə telekanallarının Azərbaycanda daha çox tamaşaçı kütləsi toplaması Anadolu türkcəsinin də təsirini qaçılmaz edir. Bundan narahat olanlar Azərbaycan telekanallarındakı populyar verilişləri qonşu davası müstəvisindən çıxarıb, xalqımızın mədəniyyətini, etnoqrafiyasındakı gözəllikləri təbliğ edən proqramlar səviyyəsinə qaldırsınlar, tamaşaçılarımız da yerli televiziyaların izləyicilərinə çevrilsinlər. Bu ölkədə təhlükə dilimizin "türk dilinin təsirinə məruz qalması” deyil, rusdilli məktəblərin çoxluğudur. Bu məktəblərdə təhsilin keyfiyyətini iddia edənlər kiçik bir araşdırma aparıb, faiz nisbətini ortaya qoysunlar, görək, rus məktəblərini bitirənlərdən neçə faizi ali məktəblərə qəbul olunur”.

Sonda Rəsul Mirhəşimli qeyd edib ki, Azərbaycan dili türk dilinin təsiri ilə heç bir təhlükəyə məruz qalmır:

"Müxtəlif şivələrdə danışan bir millətin arasında inteqrasiya mühiti daha da genişlənir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Fevral 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri