Icma.az
close
up
RU
Ayaz Salayevin çıxışı sübut elədi ki, təhlükə realdır RƏYLƏR

Ayaz Salayevin çıxışı sübut elədi ki, təhlükə realdır RƏYLƏR

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Rusdilli məktəblərdə oxuyan insanlar özləri də bilmədən rus düşüncəsinin, rus təfəkkürünün təsiri altına düşürlər


Kinorejissor Ayaz Salayevin dilimizlə bağlı fikirləri ciddi müzakirələrə səbəb olub. "Baku TV"-nin efirində “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir”- deyən kinorejissor ictimaiyyətin tənqidinə tuş gəlib. Sözügedən məsələ ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən Şair Aqşin Yenisey bildirib ki, “Rus dili" kərənayını çalan adamların çoxu yaşı 60-ı ötənlərdir: 

“Həyatda qazandıqları hər şeyə görə bu dilə borcludurlar. Bu dildə Azərbaycanın nələr itirdiyi onları maraqlandırmır. Başadüşüləndir. Çünki bu dil azərbaycanlılara elə buna görə öyrədilib; şəxsi mənafeyini təmin etsin, milli mənafeyini unutsun. 

Azərbaycan dilinin məişət dili səviyyəsində, folklorik məzmunda ilişib qalmasının səbəbi rus dilinə yaradılan ideoloji şəraitdir. 

Ağır çəkili ziyalımız deyir ki, rus dili olmasaydı, mən adam olmayacaqdım. Anlamır ki, rus dili onu millət ola bilməsin deyə adam edib. Belə çıxır ki, ana dilimizdə adam olmaq mümkün deyil. Ona görə mümkün deyil ki, ana dilinin vətəndaş qarşısında daşımalı olduğu bütün intellektual öhdəliklər düşünülmüş şəkildə rus dilinin üzərinə qoyulub. Eyni intellektual öhdəliklər erməni dilinin də üzərinə qoyulub bizə təqdim olunsaydı, o ziyalı indi onu adam etdiyinə görə erməni diliylə qürur duyacaqdı”. 

Şair hesab edir ki, nə qədər ki, Azərbaycanda rusdilli məktəblər olacaq, Azərbaycan dili zənginləşməyəcək. Ölü olmasa da, ölüvay bir dil olaraq qalacaq. Çünki millət yox, adam olmaq istəyənlər rus dilinin yaratdığı milli tənbəllikdən faydalanacaqlar. Eynən cəmiyyət qurmaq zəhmətinə qatlanmaqdansa, hazır qurulmuş cəmiyyətlərə köçüb faydalanmaq istəyənlərimiz kimi.


Ayaz Salayevin məlum çıxışını təəssüf hissi ilə  izlədiyini vurğulayan siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında deyib ki, rusdillilərin türk dili fobiyası imperiya təfəkkürünün bariz nümunəsidir: 

“Bir sənət adamı kimi ona böyük hörmətim var idi. Həqiqətən də, öz sahəsinin peşəkarıdır. Onun öz sahəsində apardığı maarifləndirmə işlərini də yüksək qiymətləndirirəm, lakin sözügedən efirdə türk dilini rus dilindən daha təhlükəli hesab etməsi ziyalı mövqeyi deyil. Hörmətli Xalq şairimiz Sabir Rüstəmxanlı elə efirdə Ayaz Salayevə uyğun cavab verdi. Onun sərgilədiyi bu mövqe özünü rus təfəkkürünə təslim etməsinin bariz nümunəsidir. Ayaz Salayevin bu çıxışı bir daha sübut elədi ki, bizim dəfələrlə həyəcan təbili çaldığımız, haqqında danışdığımız təhlükə realdır. Rusdilli məktəblərdə oxuyan insanlar özləri də bilmədən rus düşüncəsinin, rus təfəkkürünün təsiri altına düşürlər. Bir neçə il əvvəl Akademiyada çalışan alimlərimizdən biri sosial media hesabında rus dilində bir status yazıb, türk dilinin Azərbaycan dilini bərbad günə qoyması ilə bağlı həyəcan təbili çalmışdı. İddia etmişdi ki, Türkiyə türkcəsi Azərbaycan türkcəsinə zərər verir. Rus dilində təhsil alıb, rus mədəniyyətinin təsiri altına düşən bu cür insanlar sonra da çıxıb ictimai rəydə türk dilinin təhlükəli olduğundan danışırlar. Ayaz Salayevin misal gətirdiyi “kasaba” sözünün heç türk dilinə aidiyyəti yoxdur. Bu, ərəb sözüdür. Daha sonra kinorejissor fəxrlə xatırlatma edir ki, 90-cı ildə qızını məktəbə qoyanda direktor ona  rus bölməsini tövsiyə edib ki, Azərbaycan bölməsində dərs deyən müəllimlər savadlı deyil. Bu misal birmənalı olaraq ölkədə rus təhsilinin təbliğatına hesablanıb. Rusdilli şagirdlər necə savadlı olur ki, illərdir qəbul imtahanlarında maksimum nəticə toplayan uşaqların hamısı Azərbaycan bölməsini bitirənlərdir. Müstəqil Azərbaycan Respublikasında yaşayan, rusdilli bölmələrdə oxuyan uşaqların hamısı “şikəst” olur. Böyük əksəriyyəti ana dilimizi mənimsəyə bilmirlər. Dil öyrənmək üçün kurslar var, proqramlar var. Bunun üçün uşaqları rus bölməsinə qoyub ana dilindən, milli tariximizdən, mədəniyyətimizdən, milli kimliyindən məhrum etmək lazım deyil”.    

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri