Icma.az
close
up
RU
Əməkdar incəsənət xadimi Ayaz Salayevin 65 yaşı tamam olur

Əməkdar incəsənət xadimi Ayaz Salayevin 65 yaşı tamam olur

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bu gün rejissor və kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayevin 65 yaşı tamam olur.

Ayaz Salayev 1960-ci ilin məhs bu günü yəni, avqustun 1-də Bakıda anadan olub.

O, 1977-1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb.

1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib.

Ekran işi Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur "Retro" verilişinin aparıcısı olub.

"Retro" verilişi və onun qəribə intonasiyalı nitqi ilə seçilən aparıcısı respublikada o qədər məşhur idi ki, parodiyaçıların əksəriyyəti onu yamsılayırdılar. Gənclər Ayaz Salayevin danışığı və maraqlı jestləri ilə parodiya öyrənirdilər. Ayaz müəllim bu veriliş haqqında müsahibələrinin birində deyir:

"Bu veriliş vasitəsi ilə populyarlıq qazandım. Mənim üçün bütün yollar açıldı. Populyarlıq çox əlverişli bir şeydir. Amma populyarlıqdan savayı o verilişin həyatımda çox əhəmiyyətli bir yeri var. "Retro" ilk növbədə məni ölkəyə bağladı. Sovet dönəmi idi və əgər o veriliş olmasaydı, mən ölkəni tərk edəcəkdim".

Ayaz Salayev Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb

Müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib. "İnternyus-Azərbaycan"da rejissor kimi fəaliyyət göstərdiyi müddətdə bir neçə sənədli film və sosial məzmunlu rolik çəkib.

Onun filmoqrafiyası Qız qalası əfsanəsi (film 1923), Ordubad (film 1983), Evlənmək istəyirəm (film 1983), Bir dəfə görmək... (film 1984), Təkəlduz (film 1985), Ata (film 1988), Bir nəfər hamıya görə (film 1989), Təxribat (film 1990), Yarasa (film 1995) - kinorejissor, Vahimə (film1998), Qarabağın həsrət salnaməsi (film 2016), Torpaq (film 2022) kimi ekran işləri ilə zəngindir.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Avqust 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri