Ayaz Səfərov və Şahin Lalayev apellyasiya şikayəti veriblər
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Yekaterinburqda keçmiş illərdə qətl törəkməkdə ittiham olunan Ayaz Səfərov və Şahin Lalayev qərara etiraz ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat verib.
Əvvəllər Yekaterinburqun Lenin rayon məhkəməsi 8 azərbaycanlını - Ayaz, Akif, Məzahir, Kamal və Bakir Səfərovları, Əhliman Gənciyevi, Şahin Lalayevi və Əziz Abasovu həbs edib. Akif Səfərov da daha əvvəl həbs qərarına etiraz edib.
"Ayaz Səfərov və Şahin Lalayevlə bağlı vəkillərdən apellyasiya şikayətləri daxil olub", - deyə agentliyin müsahibi bildirib.
Ayaz Səfərov və Şahin Lalayev 19 iyul həbs ediliblər.
Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də bəyanatla çıxış edərək, araşdırma aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Daha sonra XİN-ə Rusiyanın müvəqqəti işlər vəkili çağırılıb, ona baş verənlərlə bağlı kəskin etiraz bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 03 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















