Rüfət Səfərov apelyasiya şikayəti təmin olunmadı: Qərar
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, bu gün saat 12:00-da hüquq müdafiəçisi, Müdafiə Xətti təşkilatının icraçı direktoru Rüfət Səfərovun həbsi ilə bağlı qərardan verilən apelyasiya şikayətinə baxılıb.
Gununsesi.info xəbər verir ki, şikayət Binəqədi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilib.
Belə ki, həbs qərarı ilə bağlı verilən apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, keçmiş müstəntiq, hüquq müdafiəçisi Rüfət Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.
Baxış sayı:93
Bu xəbər 11 Dekabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















