Icma.az
close
up
RU
AYB bu şəxsləri xaric edəcək: “500 adamın ildə 15 manatı ilə dolanmaq olar?”

AYB bu şəxsləri xaric edəcək: “500 adamın ildə 15 manatı ilə dolanmaq olar?”

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Üzvlük haqqı ödəməyənlər Azərbaycan Yazıçılar Birliyindən (AYB) xaric ediləcəklər.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında AYB sədri Yazıçı Anar məlumat verib.

Onun sözlərinə görə, beş ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılacaqlar. Bununla bağlı sonuncu dəfə sabah rəsmi yazılı xəbərdarlıq da elan olunacaq.

Yazıçı Anar vurğulayıb ki, üzvlük haqqını bir il, iki il, üç il və dörd il ərzində ödəməyənlərin olmasına baxmayaraq, təşkilat hələlik yalnız beş ildən artıq ödəməyənləri xaric etmək qərarına gəlib.

O, bununla yanaşı həmin şəxslərə növbəti dəfə fürsət verildiyini və fevralın 1-dək ödəniş etmələri üçün imkan yaradıldığını diqqətə çatdırıb: "Onlara ödəniş etmələri üçün hələ də vaxt veririk. Amma ödəməsələr bu o deməkdir ki, onlar Azərbaycan Yazıçılar Birliyinə lazım deyil".

Yazıçı Anar onların üzvlük haqqını ödəməmələrinin səbəblərindən danışarkən bildirib: "Elələri var ki, Yazıçılar Birliyindən hər şeyi qoparmaq istəyirlər. Amma ildə 15 manat verməyə qıymırlar".

AYB sədri vurğulayıb ki, il ərzində yığılan üzvlük haqları maaşlara və qonorarlara təsir edə bilər: "Üzvlük haqları zəruri xərclərimizə sərf olunur. Biz yığılan o haqları mükafatlara, kitab çaplarına xərcləyə bilərik. Yazıçılar Birliyinin 3000 üzvü var. Onlardan 2500 nəfəri üzvlük haqqını vermir. İl ərzində 15 manat nədir ki, onu da ödəmirlər? Əgər bizə dövlət tərəfindən maliyyə yardımı olmasa, üzvlük haqqı ilə dolanmaq mümkün deyil. 500 adamın ildə 15 manatı ilə dolanmaq olar?".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Yanvar 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri