Icma.az
close
up
RU
AYB: 15 manatı ödəməyən üzvlükdən imtina edə bilər

AYB: 15 manatı ödəməyən üzvlükdən imtina edə bilər

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

"Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqı - illik 15 manat məbləğində ödəniş ilə bağlı narazı fikirlərin səsləndirildiyi müşahidə olunur. Birliyin guya bu ödənişi "tələb etməsi" barədə iddialar irəli sürülür. Bu məsələ ilə bağlı rəsmi mövqeyimizi bildirməyi zəruri hesab edirik".

Lent.az xəbər verir ki, bu barədə AYB məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvləri dövlət və ictimai dəstək mexanizmlərindən mütəmadi şəkildə faydalanırlar:

"Hazırda 70 yazıçı Prezident təqaüdü ilə təmin olunur (illik 3600 manat), gənc nəsil nümayəndələri üçün isə illik 2400 manat məbləğində Prezident təqaüdləri nəzərdə tutulub. Birlik tərəfindən müntəzəm olaraq ədəbi müsabiqələr keçirilir, mükafatlar, qrantlar və əlavə təşviq mexanizmləri təsis olunur. Bir çox üzvlərimiz fəxri adlara layiq görülüb və bu adlara görə dövlət tərəfindən ömürlük maddi təminat müəyyən edilib.

Yazıçıların əsərləri və məqalələri Birliyin nəşrlərində dərc olunur və qonorar əsasında ödənilir. İmkan daxilində sosial dəstək göstərilir - müalicə, dərman təminatı, tibbi müəssisələrə müraciətlərdə köməklik, eləcə də ayrı-ayrı hallarda mənzil məsələlərinin həllinə yardım edilir. Birliyin üzvləri Şabran və Şüvəlan yaradıcılıq evlərində ödənişsiz istirahət etmək hüququna malikdirlər".

"Xüsusi olaraq vurğulayırıq ki, illik 15 manat məbləğində üzvlük haqqı Birliyin nəşr etdiyi jurnallardan birinin belə xərclərini qarşılamaq imkanına malik deyil.

Məsələ sadə və açıqdır: Üzvlük haqqını ödəməyən şəxs Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edə bilər", - bəyanatda qeyd edilib.

Qeyd edək ki, dünən Azərbaycan Yazıçılar Birliyinə üzvlüyə qəbulun dayandırıldığı elan edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Yanvar 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri