Icma.az
close
up
RU
AYB Mingəçevir bölməsinin 25ci addımı...

AYB Mingəçevir bölməsinin 25ci addımı...

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Mingəçevir bölməsinin 25 illiyi münasibətilə yubiley mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Milli Məclisin deputatı Aydın Mirzəzadə, filologiya elmləri doktoru, professor Rüstəm Kamal və başqa qonaqlar Mingəçevir ədəbi mühiti, bölgədə yaşayıb yaradan söz adamları və  onların yaradıcılıq yoluna nəzər salıblar. Müxtəlif illərdə nəşr olunmuş “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs”, “Bir ocağın şöləsiyik” və “Ruhumuzun yaz havası” almanaxları barədə fikirlərini bölüşüblər. 

Həmçinin, çıxışlarda qeyd olunub ki, Mingəçevir haqqında düşünəndə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olmuş Mikayıl Müşfiq  və Səməd Vurğunun nur şəhərinə həsr etdikləri poemalar yada düşür. Bölgənin yaradıcı ziyalıları həmin ənənəni yaşadır və yeni əsərlər, şeirlər yazıb yaradırlar. 

Ədəbi-bədii gecədə AYB-nin Mingəçevir bölməsinin gənc yazarları - Elçin Məhərrəm, Nicat Hunalp və Şamil Həsən də iştirak ediblər. 

Sonda, tədbir iştirakçılarına yubiley münasibətilə yeni işıq üzü görmüş “25-ci addım” söz sovqatı və “Söz yaddaşı” almanaxı paylanılıb.

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə XQ-ə müsahibə verib: 

- Vaxtilə yerli qəzetlərin heç birində bir dəfə də olsun imzaları getməyən söz adamlarını bu bölmədə bir araya gətirdik. Bu, təkcə mənim yox, Mingəçevir ədəbi ictimaiyyətinin nailiyyətidir və şəhərimizin yaradıcı adamlarına verilən dəyərdir. Bu 25 il ərzində həmişə işçilər arasında zarafatla bu cümləni işlədirəm: “Mingəçevirin adını Azərbaycanın ədəbi xəritəsinə həkk elədiyinizə görə, sizlərə minnətdaram”. İstedadlı yazarlarımızın xeyli hissəsi Yazıçıla Birliyinin üzvüdür. Kimlər layiqdirsə, onlar da birliyə üzv qəbul olunublar. Belə bir təşəbbüsün irəli sürülməsi, həyata keçməsi və bütün bu proseslər bütöv Azərbaycan ədəbiyyatının uğurudur.  

Fidan SALMAN

XQ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri