Icma.az
close
up
RU
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin 25 illiyi qeyd edilib AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin 25 illiyi qeyd edilib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti təkcə paytaxtın ədəbi mühiti ilə məhdudlaşmır. Müstəqillik illərində bölgələrdə Yazıçılar Birliyinin fəaliyyəti daha da qol-qanad atıb, inkişaf edib. Son 30 ildə Yazıçılar Birliyinin regionlarda 20-yə qədər bölməsi açılıb. Bunlardan biri də Mingəçevir bölməsidir. Ədəbiyyat dünyasına 25 il əvvəl vəsiqə alan həmin bölmə Mingəçevirdə yaşayan yazarları bir yerə toplayıb, onların fəal ədəbi fəaliyyətlə məşğul olmasına şərait yaradıb.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Mingəçevir bölməsinin 25 illiyi münasibətilə keçirilən yubiley tədbirində danışılıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Milli Məclisin deputatı Aydın Mirzəzadə, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, “Kredo” qəzetinin baş redaktoru şair-publisist Əlirza Xələfli Mingəçevir ədəbi mühiti, bölgədə yaşayıb yaradan ədəbi qüvvələr, onların yaradıcılığı haqqında danışıb, bir-birinin ardınca işıq üzü görən “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs” və “Bir ocağın şöləsiyik”, “Ruhumuzun yaz havası” almanaxları barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, həmin silsilənin davamı olan “Söz yaddaşı” almanaxı bölgənin yaradıcı ziyalılarının növbəti yaradıcılıq hesabatıdır.

Filologiya elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbasov, tanınmış şair Adil Cəmil, tədqiqatçı Əjdər Yunus və başqaları çıxış edərək işıq şəhəri kimi tanınan Mingəçevir ədəbi mühitindən danışıblar. Qeyd olunub ki, Mingəçevir haqında düşünəndə Mikayıl Müşfiqin şəhərə həsr etdiyi poema və Səməd Vurğunun “Muğan” poeması yada düşür. Nə yaxşı ki, bölgənin yaradıcı ziyalıları həmin ənənəni yaşadır və ona yeni çalarlar əlavə edirlər.

Çıxışlarda Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri şair İsmayıl İmanzadənin bu işdə xüsusi rolu vurğulanıb. Onun bölgədə ədəbi mühitinin formalaşmasında, yaradıcı gənclərin üzə çıxarılması və istiqamətləndirilməsində səmərəli fəaliyyət göstərdiyi bildirilib. Belə bir inam hissi ifadə olunub ki, Mingəçevirdə şölə saçan söz ocağı ədəbiyyat səmasında bundan sonra da öz işığını saçacaq.

Yubiley münasibətilə yeni çapdan çıxan “25-ci addım” söz sovqatı və “Söz yaddaşı” almanaxı tədbir iştirakçılarını paylanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri