Icma.az
close
up
RU
Aydın Sezer: PKK nin özünü ləğv etməsi terrorun bitməsi baxımından önəmli hadisədir, lakin...

Aydın Sezer: PKK nin özünü ləğv etməsi terrorun bitməsi baxımından önəmli hadisədir, lakin...

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

PKK özünü ləğvetmə qərarını açıqlayıb. Bu barədə Reuters məlumat yayıb. PKK silahı yerə qoyduğunu açıqlayıb. Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb. PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.


Türk siyasətçi və yazar Aydın Sezer Sherg.az-a söyləyib ki, PKK-nin özünü ləğv etməsiylə bağlı açıqlama 40 ildir davam edən terrorun bitməsi baxımından önəmli hadisədir:


“Bu həmçinin terror nəticəsində ailələrini itirən insanlar baxımından da vacib addımdır. Amma sözügedən hadisəni Türkiyədə heç kəs bayram şəklində qeyd etmir. PKK-nin açıqlamasında Türkiyənin qurucu anlaşması sayılan Lozanna Sülh Konfransı qərarları sual altındadır. Digər tərəfdən açıqlamada PKK-nin fəaliyyətinin uğurla yerinə yetirildiyinə yönəlik fikir var. Bu isə Türkiyədə bir sıra qruplardakı gərginliyin ortaya çıxmasına səbəb olur. Eyni zamanda sözügedən açıqlamada qeyd olunanların Türkiyədə baş tutması üçün ölkənin sürətlə demokratikləşməsi lazımdır. Terror bitdikdən sonra Rəcəb Tayyib Ərdoğanın və AK Partinin demokratikləşmə yolunda qərarlar alıb-almayacaqları da suallar doğurur. Ancaq parlamentdə baş tutacaq tənzimləmələrlə bağlı Cümhuriyyət Xalq Partiyasının  (CHP) dəstəyi nəticəsində gərginliyin səngiyəcəyini düşünürəm. Silah buraxma məsələsinin Suriyaya necə yansıyacağı da maraqlı mövzular sırasındadır. Çünki Suriyada adı bəlli olmayan xüsusi struktur ortaya çıxıb. xüsusi strukturun bundan sonra nəyə dönüşəcəyi də müəmmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 May 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri