Prezident: PKK nın özünü ləğv etməsi yalnız Türkiyə üçün deyil, bölgədəki xalqlar üçün önəmli məsələdir
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
PKK terror qruplaşmasının özünü ləğv etməsi tarixi hadisədir və bizi də sevindirdi.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edərkən deyib.
Dövlət başçısı PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb.
Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd edib.
Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir.
Dövlət başçısı deyib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















