Icma.az
close
up
RU
Aydın Tağıyevin kitabı təqdim olundu

Aydın Tağıyevin kitabı təqdim olundu

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən müəllif, “Qələbənin Memarı: Cənab Ali Baş Komandan – 100 İllik İmza! Bənzərsiz Tarix” kitabının ərsəyə gəlməsi, əsərin ideya xətti və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib.

A.Tağıyev bildirib ki, bu əsər Azərbaycan xalqının şanlı Zəfər tarixinin, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalq–ordu–lider birliyinin gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb. Müəllif həmçinin qeyd edib ki, tarixi hadisələr dəqiq faktlar, rəsmi sənədlər əsasında sistemləşdirilən kitab, yalnız bir nəşr deyil, həm də müstəqil Azərbaycanın Zəfər salnaməsini əks etdirən qiymətli tarixi mənbədir.
O vurğulayıb ki, hər bir xalq öz qəhrəmanlıq tarixini yaşatmalı, milli yaddaşını qorumalı və gələcək nəsillərə olduğu kimi ötürməlidir. Təqdimat mərasimi kitabın baş redaktorlarından Turan Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Rəşad Abbaszadə, Dövlət İdarəçilik Akademiyasının dekanı Mürtəza Həsənoğlu, Əməkdar hüquqşünas, Ədliyyə general-mayoru Akif Rəfiyev, fəlsəfə elmləri namizədi Qəmər Mürşüdlü, tarix üzrə fəlsəfə doktoru Məmmədağa Baxışov, Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasovanın çıxışları ilə davam edib.

Daha sonra sözləri Aydın Tağıyevə, musiqisi bəstəkar Camal Qurbanova məxsus "Cənab Ali Baş Komandan" tarixi əsərinin video çarxı nümayiş olunub. Tədbirin koordinatoru Ülvi Əlişov çıxış edərək hazırlıq prosesindən danışıb, könüllülərin əməyini xüsusi vurğulayıb. Ardınca kitabın redaksiya heyəti - baş redaktor Aişə Baxşiyeva, məsul redaktor Əfsanə Nəcəfova və redaktor Fəridə Ağazadə çıxış ediblər.

Sonda müəllif Aydın Tağıyev könüllülərin suallarını cavablandırıb və tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib. Xatirə şəkilləri çəkdirilib və imzalı kitablar oxuculara təqdim olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 İyul 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri