Icma.az
close
up
RU
Aydın Tağıyevin növbəti kitabı oxuculara təqdim edildi FOTOLAR

Aydın Tağıyevin növbəti kitabı oxuculara təqdim edildi FOTOLAR

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda Nizami Kino Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı, publisist Aydın Tağıyevin növbəti,  “1000000 Zəkanın Şifrəsi” adlı kitabının təqdimat mərasimi keçirilib. 
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə tanınmış akademik və alimlər,  millət vəkilləri, ziyalılar, yazıçının qələm dostları, media nümayəndələri və kitabsevərlər iştirak ediblər. Təqdimata açılış nitqi ilə müəllif Aydın Tağıyev başlayıb. O çıxış edərək,  gələn qonaqlarə salamlayıb, kitabın yazılma məqsədi, məzmunu və əsas ideyaları haqqında danışıb. Müəllif, üçüncü kitabının oxuculara dərin düşüncə tərzi aşılamaq və zəka potensialını artırmaq məqsədi daşıdığını bildirib. Kitabın hər yaş kateqoriyasından olan oxucuları nəzərə alaraq yazdığını qeyd edən müəllif, əsərdə yer alan müxtəlif bölmələr haqda geniş izah verib.
Daha sonra elm adamları, ziyalılar, qələm adamları, eyni zamanda kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslər və tədbirin təşkilati məsələlərini həyata keçirən komanda çıxış ediblər. Qonaqlar kitabın elmi və fəlsəfi dəyərindən söz açaraq, müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər. Bildirilib ki, “1000000 Zəkanın Şifrəsi” yalnız bir kitab deyil, həm də insan düşüncəsinə yeni bir baxış bucağı gətirən əsərdir.
Sonda iştirakçılar müəlliflə kitab haqqında fikir mübadiləsi aparıb, həmçinin müəllif imzalı kitablar əldə ediblər.
Xatırladaq ki, Aydın Tağıyev "İlk Zəfər marşı" və "Vətən Marşı"nın müəllifidir. Müəllifin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Fədakarlar bir amalın uğrunda" və "Böyük zəfərin 101 şəhidi" kitabları işıq üzü görüb. On ildən çoxdur ki, Aydın Tağıyevin Azərbaycan həqiqqətlərinə dair məqalələri 10 dildə dünya mətbuatında yayımlanır. "Qızıl medal" mükafatçısı olan müəllif, "Qarabağ həqiqətləri 1992-2020" layhəsi və hazırda davam edən "Vətən" layihəsinin rəhbəridir. Paralel olaraq, “ANmedia.az” informasiya portalı, "Əsrin aydınları" jurnalı və "Əsrin Aydınları” mükafatının həmtəsisçisidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Mart 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri