Icma.az
close
up
RU
Aydın Xan Əbilov polisi dəstəklədi, qara qüvvələri sərt tənqid etdi…

Aydın Xan Əbilov polisi dəstəklədi, qara qüvvələri sərt tənqid etdi…

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı/direktoru, www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, “Ədəbiyyat qəzeti” redaksiyasının şöbə redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq, ictimai və mədəniyyət xadimi, tanınmış TV eksperti Aydın Xan Əbilov son günlər İmişli şəhərində baş vermiş hadisələrlə bağlı fikirlərini paylaşıb. İmişli şəhərində baş verən gözlənilməz avto-qəza təəssüf doğuran olaydır: hadisə nəticəsində, dünyasını dəyişənlərə rəhmət, yaralananlara şəfa, valideynlərə və qəzəblənmiş doğmalarına səbr arzulayırıq…
Ölkədə yüzlərlə, dünyada yüzminlərlə belə avtoqəza baş verir, heç kim bundan sığortalanmayıb, və kimsə də istəməz ki, baş versin. DYP əməkdaşları xidməti maşınında boş yolda, heç kimi qovmadan, başqa maşını təqib etməyərək, operativ nəqliyyat vasitəsinin bütün siqnallarını işlədərək, düz yolda gedən zaman, yol hərəkəti qaydasını pozan başqa bir mülki nəqliyyat vasitəsinin sürücüsünün diqqətsizliyi nəticəsində qəzaya düşür. Verilən məlumata görə, dayısının maşınını qaçırmış təcrübəsiz yeniyetmənin günahı ucbatından hadisə baş verir. Güman ki, xidməti tapşırığı xüsusi rabitə vasitəsi, daha çox isə smartfonla aldığı bir anda bu faciə ilə nəticələnən hadisə – idarəetməni itirməklə ciddi fəsadlarla nəticələnən avtoqəza baş verir.
Əlbəttə, dövlət qurumları qəzaya qiymət verəcəklər, fəqət, insanların faciəsi və kədəri üzərində alver edən siyasi və sosial media dəllaları fursətgillik edib yenə qəzəb püskürməyə başladılar. Onlar unudurlar ki, polis və hüquq-mühafizə orqanlarının nümayəndələri olmasa, küçələrimizdə belə qanlı hadisələrin sayı-hesabı olmaz. Üstəlik də polisimizin ciddi nəzarəti olmasa, ogrylar gecə çoxlarının evlərini yarar, hətta qorxmadan, nələri varsa, alt paltarlarına qədər, oğurlayarlar. XX əsrin sonunda ölkəmizdə davamlı olaraq baş verən o cur hərc-mərcliyi nə tez unutdular?!
DYP-nin xidməti avtomobilinə xəsarət yetirən qəzəbli kütlə isə unutmamalıdır: o maşınlar elə sizin vergi və dövlət büdcəsinə ödədiyiniz vəsaitlə alınır. Əzdiyinizin yenisini almaq üçünsə, dövlət və xalqın vəsaitini xərcləməli olacağıq. Üstəlik də xidməti nəqliyyat vasitəsinin nə günahı, səbəkar və günahkar məgər cansız, dəmir maşındır? Sabah o hadisələrə təhrik edilmiş cavanlar həbs edilərək qanun qarşısına çıxarılanda, monitor əjdahaları başqa havalar çalacaq: kimsə özünə əziyyət verib bu təcrübəsiz gəncləri müdafiə etməyəcək…
XX və XXI əsrdə göyərtisatanın ölümünü bəhanə gətirib ərəb dünyasını dağıtdılar, xəstə qadının döyülməsini əsas götürüb İranın bütün gücünü məhv etdilər (Fələstin, İraq, Suriyadakı qollarını kəsdilər). İndi isə fürsətdən yararlanıb bizim insanları uçuruma itələmək istəyənlər tapılır. Amma bura savadsız ərəb toplumu, yaxud dinə bürünmüş fars-İran cəmiyyəti də deyilik.
Burası Azərbaycan və 44 günlük qəhrəmanlıq yürüşü edən igidlər məmləkətidir. Bu torpaqları ona görə bütövləşdirmədik ki, hansısa gədə-güdələr xarici və daxili düşmənlərin əmrinə, müftə pulqazanmaq eşqinə düşüb bizim insanı öz doğma polisinə qarşı qaldırsin. Unutmayaq: hər iki Qarabağ müharibəsindən ön cəbhədə igid polislərimiz Vətənin azadlığı uğrunda şəhid və Qazı oldular! P.S. Səbirli olaq, hüquq-mühafizə orqanlarının istintaqının son nəticələrini gözləyək, qəza qurbanlarının yanında olaq, dövlətimiz kimi…
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Yanvar 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri