Icma.az
close
up
RU
“Teatrı islahat adı ilə zəiflədirlər” Aydın Xan Əbilovdan sərt tənqid

“Teatrı islahat adı ilə zəiflədirlər” Aydın Xan Əbilovdan sərt tənqid

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

Son illər mədəniyyət sahəsində, xüsusilə teatr və musiqi sənətində aparılan islahatlar ictimaiyyətdə ciddi narahatlıq doğurur. Bu proseslərin nəticələri sənət cameəsində geniş müzakirələrə səbəb olub.

İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net və Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Doğru.az“-a açıqlama verib.

Aydın Xan Əbilov bildirib ki, mədəniyyət sahəsində aparılan islahatlar geniş ictimai və peşəkar müzakirələrə əsaslanmadığı üçün teatr və digər mədəniyyət ocaqlarının inkişafına deyil, əksinə, zəifləməsinə səbəb olur. Onun sözlərinə görə, bu cür yanaşma uzunmüddətli perspektivdə ölkənin mədəni mühiti üçün ciddi risklər yaradır.

Əbilov son illər teatr və musiqi sahəsində baş verən qalmaqalların, ardıcıl və sistemsiz islahatların mədəniyyətə ciddi zərbə vurduğunu qeyd edib. O bildirib ki, hər nazir dəyişikliyi ilə yeni “islahat paketləri”nin təqdim olunması mədəniyyət siyasətində ardıcıllığın olmadığını göstərir və bu proses kitabxanaların, kinoteatrların, bölgə mədəniyyət ocaqlarının tədricən sıradan çıxarılması ilə nəticələnib.

Onun fikrincə, hazırda teatr sahəsində aparılan dəyişikliklər də mədəniyyətə qarşı növbəti təzyiq formasıdır və bu qərarlar nə kulturoloji araşdırmalara, nə də geniş ictimai müzakirələrə əsaslanır.

Açıqlamada vurğulanır ki, avtomatlaşma və süni intellekt dövründə mədəniyyət və xidmət sahələri işsizliyin qarşısını ala biləcək əsas istiqamətlərdən biridir. Aydın Xan Əbilov kadrların ixtisara salınmasının çıxış yolu olmadığını, əksinə, teatrların kreativ biznes və turizmə xidmət edən mədəni mərkəzlərə çevrilməli olduğunu deyib.

O, bədii şuraların gücləndirilməsini, bu şuralara müstəqil mütəxəssislərlə yanaşı tamaşaçıların da cəlb edilməsini təklif edərək bildirib ki, tənqid edən və təklif verən sənət adamlarının susdurulması yox, dinlənilməsi Azərbaycan teatrının gələcəyi üçün həyati əhəmiyyət daşıyır.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://dogru.az
archiveBu xəbər 02 Fevral 2026 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri