Icma.az
close
up
RU
“Aydındır ki, bu, son mərhələ deyil”

“Aydındır ki, bu, son mərhələ deyil”

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna nadir torpaq metalları üzrə sazişlə bağlı hazırladığı təklifləri ABŞ-a təqdim edib

Ukrayna nadir torpaq metalları üzrə sazişlə bağlı Kiyevin hazırladığı təklifləri artıq ABŞ-a təqdim edib. Bu, Vaşinqtonda keçirilən texniki məsləhətləşmələr zamanı baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Olqa Stefanişina milli telemarafonun efirində çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, o, sazişlə bağlı bir çox təfərrüatları açıqlaya bilməz, lakin məsləhətləşmələrin aparılması müsbət əlamətdir.

“Hazırkı mərhələdə bunu deyə bilərəm ki, Ukrayna nümayəndə heyəti ABŞ tərəfinə Kiyevdə hazırlanan və razılaşdırılan bütün təklifləri çatdırmaq imkanı əldə edib. Bütün bu təkliflər müzakirə mövzusu olub”, – deyə o bildirib.

Olqa Stefanişina ümid edir ki, məsləhətləşmələrdən sonra razılıq əldə olunana qədər danışıqlar davam edəcək.

“Aydındır ki, bu, son mərhələ deyil”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, nadir torpaq metalları üzrə sazişlə bağlı ABŞ ilə texniki məsləhətləşmələr Ukraynanın Ədliyyə və İqtisadiyyat Nazirliklərinin komandalarının iştirakı ilə baş tutub.

Xatırladaq ki, bu ilin fevral ayında Ukrayna və ABŞ nadir torpaq ehtiyatları üzrə çərçivə sazişi imzalamağı planlaşdırırdı. Lakin fevralın 28-də Ağ evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında baş vermiş mübahisəyə görə bu baş tutmadı. Hadisədən sonra Vaşinqton Ukraynaya faydalı qazıntıların hasilatı sahəsində yeni razılaşma layihəsi təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Aprel 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri