Aygün Attar: Prezident İlham Əliyevin çıxışı üzlərdə təbəssüm, əminlik yaratdı
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı səmimi, qardaş nitqi idi. Bu çıxış bir milləti, iki dövləti təmsil edən, eyni zamanda, aydın mesajlarla zəngin idi".
Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, bu sözləri bu gün Prezident İlham Əliyevin Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimində çıxışını dəyərləndirən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri, professor Aygün Attar deyib.
A.Attar söyləyib ki, Azərbaycan prezidentinin çıxışı dünyada baş verən gərgin hadisələrin fonunda üzlərdə təbəssüm, əminlik yaratdı.
"Cənab prezident Ərdoğanın çıxışı da çox əhəmiyyətli idi. Bu nitqlər çox əhəmiyyətli, çox mənalıdır; lentləri bir yerdə kəsmək, çiyin-çiyinə dayanmaq, ictimaiyyətə mesajlar ötürmək... Fərqli qrupların bu münasibətlərə kölgə salmaq cəhdlərini də gördük. Bu, onlara da bir mesaj idi. Seçilmiş zaman çox önəmli idi", - deyə A.Attar qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 19 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















