Icma.az
close
up
RU
Prezident İlham Əliyevin son çıxışı dünya mediasında

Prezident İlham Əliyevin son çıxışı dünya mediasında

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Prezidenti İlham ­Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünya mediasının diqqət mərkəzində olub. 

Nüfuzlu “Reuters” agentliyinin “Azərbaycan Aİ-ni qaz dəhlizinin genişləndirilməsi ilə bağlı maliyyə məhdudiyyətlərini yenidən nəzərdən keçirməyə çağırır” sərlövhəli məqaləsində Prezident İlham Əliyevin aşağıdakı fikirləri təqdim edilib: “Avropanın enerji təhlükəsizliyi problemləri bizə məlumdur. Hazırda onların təhlükəsiz şəraitdə olmasına baxmayaraq, orada sənayenin tələbatları bizə bəllidir. Hətta “yaşıl enerji”yə olan tələbatı da bilirik. “Yaşıl enerji”yə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək “yaşıl enerji” kabeli üzərində işləyirik”.

Agentlik əlavə edib ki, Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırdığını diqqətə çatdırıb. O qeyd edib ki, faydalı qazıntıya tətbiq edilən embarqo aradan qaldırılmalıdır. Azərbaycanın dövlət başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın tədbirlərinə diqqət çəkib. 

Rusiya mediası Azərbaycan Prezidenti ­İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışını geniş işıqlandırıb, dövlətimizin başçısının çıxışında dünya nizamında baş verən transformasiya, ABŞ ilə münasibətlər, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri, Ermənistan–Azərbaycan münasibətləri mövzularına diqqət çəkib.

TASS agentliyi Azərbaycan Prezidentinin çıxışını əhatə edən bir sıra materiallar dərc edib. Materiallarda vurğulanır ki, regionda vəziyyətin inkişafı Ermənistanın mövqeyindən asılıdır. Bildirilir ki, Azərbaycan Ermənistan tərəfi ilə qarşılıqlı etimada əsaslanan mexanizmlərin qurulmasına hazırdır, lakin Bakı təhlükəsizlik məsələlərində prinsipial mövqeyini qoruyur. 

TASS, həmçinin Prezident İlham ­Əliyevin ABŞ Prezidenti Donald Trampın komandasına USAID-in qanunsuz fəaliyyəti ilə bağlı faktların təqdim ediləcəyi barədə ­bəyanatına diqqət çəkib. 

“RIA Novosti” agentliyi də Prezident ­İlham Əliyevin çıxışı ilə bağlı bir neçə material yayımlayıb. Burada USAID-in fəaliyyəti ilə bağlı sərt tənqidlər, Qərbin müdaxilə cəhdləri və Trampın qələbəsindən sonra ABŞ–Azərbaycan münasibətlərindəki dəyişikliklər əksini tapıb. Prezident İlham Əliyev bildirib ki, Bakı yeni administrasiyadan daha praqmatik yanaşma gözləyir. 

“İnterfaks” agentliyi Prezident İlham Əliyevin ABŞ-ın yeni administrasiyasına konkret faktların ötürülməsi barədə bəyanatının beynəlxalq əhəmiyyətinə diqqət yetirib. “Lenta.ru” portalı Prezident İlham Əliyevin ABŞ ilə münasibətlərin yaxşılaşması barədə bəyanatını oxuculara təqdim edib. “İzvestiya” qəzeti USAID-in fəaliyyəti ilə bağlı kompromat xarakterli materialların Tramp komandasına təqdim olunacağı fikrini ön plana çəkib. “Vestnik Kavkaza” agentliyi ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinin Ermənistan üçün məyusedici nəticə olduğunu vurğulayıb. 

Belarusun “Belta” dövlət informasiya agentliyi Azərbaycan Prezidenti İlham ­Əliyevin beynəlxalq forumundakı çıxışına dair məqalə dərc edib. “Əliyev: Bakı USAID-in qanunsuz fəaliyyəti ilə bağlı faktları Trampın komandasına təqdim edəcək” sərlövhəli materialda dövlətimizin başçısının USAID-in qanunsuz fəaliyyəti ilə bağlı fikirlərinə geniş yer verilib. 

Moldovanın nüfuzlu “Noi” xəbər portalında Prezidenti İlham Əliyevin beynəlxalq forumdakı çıxışına dair geniş məqalə dərc edilib. Rumın və rus dillərində dərc olunan “İlham Əliyev: Sülh sazişi ilə bağlı top Ermənistanın tərəfindədir” sərlövhəli məqalədə sülh sazişinin imzalanması perspektivinə dair dövlətimizin başçısının fikirlərinə geniş yer ayrılıb. 

Türkiyənin rəsmi “Anadolu” agentliyi və geniş auditoriyaya malik “Sabah” qəzetinin “Əliyev Müstəqilliyinin tanınması üçün ŞKTC-nin yanında olacağını söylədi”  və “­Əliyev ŞKTC-yə dəstəyini ifadə etdi” sərlövhəli materiallarnda qeyd olunur ki, Azərbaycan Prezidenti 44 ölkədən 80-dən çox ekspertin iştirak etdiyi “Yeni dünya nizamına doğru” beynəlxalq forumundakı çıxışında ŞKTC ilə münasibətlərə toxunaraq Şimali Kiprin lideri Ersin Tatarla təmasları davam etdirdiyini bildirib. “İlham Əliyev Azərbaycanın ŞKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olmasında fəal rol oynadığını, Ersin Tatarı Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünə dəvət etdiyini deyib. 

Qardaş ölkənin “Haber7” portalında dərc olunmuş “Əliyev: Türkiyə və İsrail münasibətləri bizi narahat edir” sərlövhəli məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev hər iki ölkənin Azərbaycanın dostu olduğunu vurğulayaraq qeyd edib: “Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq”.  

Türkiyənin “Milliyet” qəzeti isə dövlətimizin başçısının beynəlxalq forumda çıxışı barədə “Əliyev: Rusiya ilə Ukrayna arasında yaxın gələcəkdə sülhün təmin ediləcəyi real görünmür” sərlövhəli məqalə dərc edib. Geniş məqalədə Prezident İlham Əliyevin Rusiya–Ukrayna münaqişəsinə, həmçinin türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsinə dair fikirləri yer alıb. 

Qardaş ölkənin “Haber Global” telekanalı isə “İlham Əliyevdən Türkiyə ilə müttəfiqlik mesajı” adlı reportaj yayımlayıb. Aparıcı dövlətimizin başçısının beynəlxalq forumdakı çıxışında Türkiyə ilə müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə dair fikirləri fonunda diqqəti iki qardaş ölkənin liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Qarabağda, Şuşada görüşlərini əks etdirən videomateriallara çəkib. 

“Yeni Şafak” qəzetinin birinci səhifəsində dərc olunmuş “Əliyev qətiyyətlə bildirdi: ŞKTC-nin yanında olacağıq”, “Cümhuriyyet” nəşrinin “İlham Əliyev: Hər zaman ŞKTC-nin yanındayıq və onun müstəqil dövlət qurmasını təmin edəcəyik”, həmçinin “Türkiye”, “Hibya” və qardaş ölkənin digər mətbuat orqanları, həmçinin Şimali Kiprin TAK rəsmi agentliyi, “Kıbrıs Postası” qəzeti dövlətimizin başçısının Şimali Kipr haqqında fikirlərini ön plana çıxarıblar. 

Rumıniyanın və Bolqarıstanın qabaqcıl mediası Azərbaycan Prezidenti İlham ­Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” beynəlxalq forumdakı çıxışını geniş işıqlandırıb və onunla bağlı məqalələr dərc edib. 

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi, “G4media”, “Bursa”, “Income”, “Stiripesurse”, “Profit”, “Capital”, “Flux24” və digər nüfuzlu nəşrləri, Bolqarıstanın “Dnevnik”, “5 minuti”, “News.bg” nəşrləri, “BNT1” milli televiziya kanalı Azərbaycan Prezidenti İlham Əiyevin çıxışına istinadla “Azərbaycan Avropa İttifaqını qaz ixracının genişləndirilməsinə dair maliyyə məhdudiyyətlərini yenidən nəzərdən keçirməyə çağırır”  sərlövhəli  məqalələr dərc edib. Məqalələrdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Avropa İttifaqı Azərbaycandan təbii qaz idxalını davam etdirmək istəyirsə, uzunmüddətli qaz alqı-satqı müqavilələri və maliyyə modellərini yenidən nəzərdən keçirməlidir. 

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq forumda çıxışı ərəbdilli mediada da geniş işıqlandırılıb. “Əl Hərir” portalında dərc olunmuş məqalədə dövlətimizin başçısının Çinlə iqtisadi əlaqələrin əhəmiyyətinə dair fikirləri yer alıb. “Addiyar” nəşri isə Prezident İlham Əliyevin ölkəmizin  İslam dünyasında yeri ilə bağlı fikirlərini təqdimi edib. 

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri