Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının yaradılmasının əhəmiyyətindən danışıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qlobal Cənub QHT Platformasının yaradılması COP29-un gətirdiyi çox mühüm bir yenilikdir.
APA-nın xəbərinə görə, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bugünkü brifinqdə bildirib.
Onun sözlərinə görə, belə qlobal miqyaslı təşəbbüslər Azərbaycana mühüm rəğbət qazandırıb.
“Biz böyük iftixar içərisindəyik ki, Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı “Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb. Bu tədbir Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıcdır. Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək”, - Aygün Əliyeva vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 25 Aprel 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















