Ayı küçədə insanı parçaladı
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaponiyanın Fukusima şəhərində ayı bir insanı parçalayıb.
Teleqraf xəbər verir ki, yırtıcının qurbanı 52 yaşlı qəzet paylayan şəxs olub. Onun, üzərində çoxsaylı pəncə izləri olan qalıqları kolluqda aşkar edilib.
Hadisədən sonra hakimiyyət Fukusima sakinlərini ehtiyatlı olmağa çağırıb, polis isə küçələrdə 24 saat patrul xidmətinə başlayıb. Baş verənlər şəhər sakinlərini dəhşətə gətirib. Təhlükə səbəbindən insanlar küçəyə çıxmaqdan qorxurlar, uşaqların isə məktəbə piyada getməsinə icazə verilmir.
Məktəblilərdən birinin anası uşağının qorxduğunu söyləyib və ayının tezliklə tutulacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, əks halda işə getmək onun üçün çətin olacaq.
Heyvan isə hələ də tutulmayıb. Bu yaxınlarda onu bir məktəbin yaxınlığında görüblər. Daha sonra yaxınlıqdakı supermarketin yanında qəhvəyi tük və pəncə izləri aşkar edilib.
Baxış sayı:101
Bu xəbər 16 İyul 2025 04:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















