Icma.az
close
up
RU
“Ayı və dayı xidməti” Elşən Musayevin yazısı...

“Ayı və dayı xidməti” Elşən Musayevin yazısı...

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hələ bu nədir ki?!

Ramiz Mehdiyev mövzusu bir azdan elə gizlinləri, elə simasız və yaramaz insanların iç üzünü açacaq ki, çoxlarının əli üzündə qalacaq. Heyrətdən. İnanın...

Hər halda belə düşünməyə ciddi əsaslar var və ipin ucu da artıq görünməyə başlayıb..

Mən isə bir neçə məqamın üzərində xüsusi dayanacam.

Əvvəla, o insanlar ki vardı ha, deyirdilər, ay Ramiz Mehdiyevin xəyanət planının üstünü Rusiya açdı, ay dosyeni Azərbaycana Putin verdi, ay filan, ay feşməkan - mən hələ də həmin kəslərin sadəlövhlüyünə təəccüb edirəm. Və ya: Azərbaycan dövləti o qədərmi zəifdir, o qədərmi acizdir ki, ona kimsə məlumat versin, ya da dosye təqdim eləsin?! Yox, əlbət!

Ayrıca, Mehdiyevin (keçmiş) vəkilləri avqust ayında çıxarılmış məhkəmə qərarından (təfərrüatlar mətbuatda gedib) apellyasiya şikayəti verməklə əslində bir çox mətləblərə aydınlıq gətirdilər. Sadəcə, özləri fərqinə varmadan. Və beləcə aydınlaşdı ki, mövzu yeni deyil, köhnədir və PA-nın eks rəhbərinin destruktiv fəaliyyəti də daha öncədən nəzarətdə olub. Eyni zamanda mən, hüquqşünas təcrübəmə əsaslanaraq deyə bilərəm ki, məlum masştabda olan cinayətlərin əsas subyektləri (çevrəsi, həndəvəri) - cinayət işi açılandan sonra müəyyənləşmir, tam əksi: (90 faiz etibarilə) həmin subyekt (çevrə, həndəvər) dəqiq və tutarlı sübutlarla tam müəyyənləşəndən sonra prosesə start verilir və aidiyyatı üzrə cinayət işi açılır.

Sözümün “mustafası” isə budur: Ramiz Mehdiyevin “nadanlıq səlnaməsi”, eyni zamanda bu xəyanətkara biət edənlər, ondan tapşırıq alanlar, “boz kardinal”ın bağında, evində, ofisində sülənənlər barədə hüquq - mühafizə orqanları lap çoxdan məlumatlı olub. Sadəcə dövlət, uyğun zaman gözləyib və gedişatı bir müddət kənardan müşahidə etməyə üstünlük verib. Ki, az öncə yuxarıda vurğuladığım 90 faizin yerdə qalan 10 faizi – yəni, “staj”lı tülkülər də girdikləri dəlikdən bayıra çıxsınlar, ifşa olsunlar və məsuliyyətdən yayına bilməsinlər.    

İkincisi...Yəqin xatırlayarsız, Mehdiyev artıq Akademiyadan gethaget vaxtlarında bizim ən kiçik açıqlamalarımıza belə dərhal reaksiya verirdi və çalışdığı qurumun saytını az qala öz “bloq”una çevirmişdi. İndi isə susur. Niyə görəsən?! Cavab sadədir: Çünki, bu dəfə pis yerdən “ilişib”, dalana dirənib və eyniadlı səbəbdən də bütün manevr imkanlarını itirib.   

Üçüncüsü...Çox maraqlıdır ki, “Mehdiyev olayı” siyasi gündəmi silkələdiyi andan  ta bu günə qədər nə radikal müxalifətin, nə də “söyüş müxalifəti”nin nümayəndələri “boz kardinal” haqda ən xırda tənqid belə söyləməyiblər. Yəni, ən azından mən eşitməmişəm. Əksinə, imkan düşdükcə onu müdafiə ediblər və bütün mümkün vasitələrlə Mehdiyevi qorumağa çalışıblar.

Səbəb?!

Dördüncüsü...Gəzən, fəqət, hələ rəsmi təsdiqini tapmayan söhbətlərdən biri də odur ki, Mehdiyev Rusiya - Ukrayna müharibəsindən sonra şimal qonşumuzun öz “sərt” üzünü Qafqaz tərəfə çevirəcəyini düşünərək ani hərəkətə keçib və bu minvalla xüsusi təxribat planı hazırlayıb.

Deyim, tam da inandırıcıdır! Nədən? Ona görə ki, bu adam işdən qovulduğu andan etibarən eynən radikallar kimi düşünüb, onlar kimi fürsət, məqam gözləyib və mövcud iqtidardan “işsız qalmağının” acığını çıxmağa çalışıb. Üstəlik, bunu açıq şəkildə də bəlli edib!

Amma hara qədər, ay Ramiz?! Kimlə, ay Ramiz?! Necə, ay Ramiz?!

Əli Kərimliyləmi? Qabilləmi? Gültəkinləmi? Abbaslamı? Üzərimizə yönəltdiyin 3-5 trollamı?

***

Kərimli demişkən... Axtarış apardılar, dindirdilər və yəqin, detallar, təfsilatlar da çox keçməz, bəlli olar..

Üstəlik, aydın məsələdir ki, istintaq orqanı bu addımı elə - belə atmayıb və mövzu da heç şübhəsiz, Fuad Qəhrəmanlının iddia etdiyi təfərrüatlardan daha dərindir.

Və...Bir azdan elə videolar, audiolar, sənədli - sübutlu detallar ortalığa çıxsın ki...Siz də baxın.

Göz oxşayacaq, göz!

Çünki, əminəm:

Ən azından “Ziyalılar Forumu” və “Milli Şura” adlanan 2 təxribatçı qurum Mehdiyevlə bir şəkildə əlaqəli olub. 

Qaragüruhun mitinqlərindəki adam sayı (illər boyunca) birbaşa Mehdiyev tərəfindən “tənzimlənib”.

Əli Kərimli Ramiz Mehdiyevlə hardasa, necəsə (fəqət, yüzəyüz!) separat görüşlər keçirib.

Hətta....Çox güman ki, dünən AXCP sədrinin evindən tapılan məktubun mətnini də Əli Kərimli şəxsən redaktə edib və daha sonra “lazımlı” ünvana göndərib.

***

Bax belə.

Mehdiyev Rusiyaya “ayı”, Kərimli və onunkimilərə isə “dayı” xidməti göstərməyə çalışırdı...

Amma, sonucda istifadə edənin də, olunanın da eyni anda yapışdığı ip elə yerdən qırıldı ki, hamısı kom şəklində kəllə - mayallaq getdilər və muncuq kimi sağa - sola səpələndilər.

Zatən, 87 yaşlı “marazmatik”lə 60 yaşlı nağılbazın ittifaqı bundan artıq “perspektiv” vəd edə bilməzdi...  

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri