Icma.az
close
up
RU
“Əsl Prezident, əsl Lider, əsl Qəhrəman!” Elşən Musayevin yazısı

“Əsl Prezident, əsl Lider, əsl Qəhrəman!” Elşən Musayevin yazısı

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Heydər Əliyevin cənazəsinin Amerikadan Bakıya gətirildiyi günü, hava limanındakı qorxunc sükutu, dövlət televiziyalarının canlı yayımını, aparıcının titrək səsini, qaravul heyətinin hüzn dolu baxışını, Ulu Öndərin nəşinin qoyulduğu qara, uzununa avtomobili yəqin çoxları xatırlayır...
Həmin an kim nə düşünüb, bilmirəm. Amma şəxsən mənim ağlımda, beynimdə - bəlkə də yaşımdan irəli gələn emosiya və hisslərin təsiri ilə sadəcə bir sual dolaşırdı: “Görəsən, İlham Əliyev ağlayacaqmı?!”
Ağlamadı. Sona qədər məğrur dayandı. Qamətini pozmadı. Göz yaşını elə gözlərindən ürəyinə süzdü. Hətta, kipriyini belə tərpətmədi ki, birdən ağlamaq qaçılmaza çevrilər...
Çünki o, başqa cür ola bilməzdi…
Çünki o bu miqyasda itkini, bu masştabda dərdi, bu böyüklükdə ağrını sadəcə övlad kimi deyil, həm də Prezident kimi qarşılayırdı, qəbul edirdi…
Çünki o, Heydər Əliyevin yarımçıq qalan arzularını gerçəkləşdirmək, Azərbaycanı işıqlı gələcəyə aparmaq üçün əvvəlkindən də güclü, qüdrətli, əzmli olmalı, görünməli, bilinməli idi…
Ələlxüsus da, düz bir addımlığında qərarlaşan bəzi nankor məmurların xəyanətindən artıq xəbərdar ikən…
***
Şuşa. Cıdır düzü. “Xarı bülbül” musiqi festivalı.
Cənab Prezident ön sırada əyləşib və hamı kimi konserti izləyir.
Anidən Heydər Əliyevin səs yazısı verilir və İlham Əliyevin reaksiyasından dərhal anlaşılır ki, o, bu xoş surprizdən xəbərsizdir:
“Arzu edirəm, bir gün Şuşaya gedək. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Şuşa mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Biz Şuşasız yaşaya bilmərik. Biz Laçınsız, Ağdamsız, Kəlbəcərsiz, Cəbrayılsız, Füzulisiz yaşaya bilmərik...”
Yenə hamının diqqəti İlham Əliyevdədir…Yenə göz qapaqları və göz bülluru tam dolub. Yenə ağlamamaq məhkumiyyəti var. Yenə qamət həmin qamət, duruş həmin duruşdur. Lütfən, o videonu hər kəs yenidən izləsin. Amma diqqətlə izləsin və İlham Əliyevin simasına anbaan nəzər yetirsin: Sevinc, qürur, məmnuniyyət, rahatlıq, qəhər…Bütün hisslər bir - birinə qarışıb. O tabloda baxışlar danışır. O baxışda səssizlik danışır. O baxışda: “Ata, mən Şuşanı geri qaytardım, indi Cıdır düzündəyəm” səslənişi var.
O baxışda…Heydər Əliyevə sarılıb, ona bu xəbəri şəxsən verə bilməməyin nisgili var.
Müqayisəni isə təsadüfən etmədim. Çünki iki fərqli qəhər arasındakı dövr əslində İlham Əliyevin ömür yolunun ən böyük bəndidir.
Etimadı qəbul etməkdən onu doğrultmağa qədər uzanan bənd.
Kədəri sevincə pərçimləyən bənd…
***
İlham Əliyev ləyaqətli Liderdir. O, dürüstdür, səmimidir, mərddir, imitasiya etmir, oynamır. O, hər yerdə özüdür. Necə varsa, odur!
İlham Əliyev əsl praqmatikdir və onun ən başlıca keyfiyyətlərindən biri - nəyi, necə və nə zaman edəcəyini dəqiq, müdrikcə müəyyənləşdirə bilməsidir.
İlham Əliyev son dərəcə səbrli siyasətçidir və bu səbəbdən ən doğru, ən gərəkli, ən ədalətli qərarları verməyi bacarır.
İlham Əliyev hakimiyyəti və kreslonu deyil, xalqını sevir. Məhz xalqını!
İlham Əliyev sadəcə xəyanəti bağışlamır. Və düz də edir! Çünki, xəyanət - toxumdur, epidemiyadır, metostazdır və əgər bir xəyanətkara güzəşt edilsə, o zaman dövlətçilik də, idarəçilik də, azərbaycançılıq da çox böyük təhlükələrlə baş - başa qalacaq!
Nəhayət
İlham Əliyev siyasi rəqiblərinə qarşı hər zaman ədalətli davranıb, onlarla bütün dövrlərdə mərdi - mərdanə mübarizə aparıb. Amma nə təəssüf ki, həmin rəqiblərin əksəriyyəti, ələlxüsus, radikal kəsimi nəzərdə tuturam, eyni qarşılığı verməyiblər. Verə bilməyiblər! Əksinə, hər cür yaramazlıqlara, riyakarlıqlara, rəzilliklərə imza atıblar. Vətən satmaq üçün xarici piştaxtalarda sıraya düzləniblər. Hakimiyyətə gəlmək üçün hər növ, hər tip təxribatçı ilə cinayət əlaqəsinə giriblər!
Ona görə də kimsə düşünməsin ki, müxalifətdəki (məlum) ünsürlərin, radikal çevrənin, qaragüruh zümrənin urvatsız və gücsüz olması İlham Əliyevin bəxtidir. Xeyr! Tam tərsi: Bu, İlham Əliyevin bəxtsizliyidir. Tanrı kimsəni belə namərd müxalifətlə üzbəüz qoymasın.
***
Vətən Müharibəsindən sonra hansı ölkəyə səfərə getmişəmsə, “pasport qeydiyyatında” oturan məmurların aşağı - yuxarı, eyni reaksiyası ilə üzləşmişəm: “Ooooo, Azərbaycan, Qarabağ…!”
Artıq keniyalı da, ruandalı da, madaqaskarlı da, ficili də gözəl bilir ki, Azərbaycan xəritənin hansı yerində və istiqamətində yerləşir…
İndi hamı bizimlə hesablaşır, dostlaşır, mehribanlaşır, tərəfdaşlaşır…
Sizcə niyə?! Çünki meydanda İlham Əliyev və onun böyük adı var!
O adın bütün Azərbaycana və azərbaycanlılara gətirdiyi, verdiyi, bəxş etdiyi şərəf və qürurdan dolayı, sizə sonsuz təşəkkürlər, cənab Prezident!
Bizi Qarabağa, suverenliyimizə, tamlığımıza, bütövlüyümüzə qovuşdurduğunuz üçün təşəkkürlər, cənab Prezident!
Bu məmləkətin daşını da, divarını da, sərhədini də, torpağını da iç və yad təhdidlərdən qoruduğunuz, dünyanın ən böyük və ən hiyləgər güclərinin qarşısında ləyaqətlə, cəsarətlə, mətinliklə duruş gətirə bildiyiniz üçün təşəkkürlər, cənab Prezident!
Varlığınız üçün təşəkkürlər, cənab Prezident!
Doğum gününüz mübarək, cənab Prezident!
Elşən Musayev
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Dekabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri