Icma.az
close
up
RU
AYİB ilə əməkdaşlıq genişlənir

AYİB ilə əməkdaşlıq genişlənir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlığın prioritet istiqamətlərinin müzakirə edildiyini bildirib.

Nazir AYİB-in dayanıqlı infrastruktur qrupunun idarəedici direktoru Harri Boyd-Karpenterlə görüş zamanı əməkdaşlığın prioritet istiqamətləri, sosial infrastrukturun inkişafı sahəsində həyata keçirilən layihələr, “yaşıl” enerjiyə keçid və dövlət-özəl tərəfdaşlığı üzrə təşəbbüslər barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb.

Xatırladaq ki, AYİB-in ölkəmizə ciddi maraq göstərməsi bir sıra amillərlə əlaqədardır. Bu, ilk növbədə, respublikamızın əlverişli coğrafi məkanda yerləşməsi, eləcə də tranzit yüklərin daşınması üçün müasir infrastruktura malik olması baxımından diqqət çəkir. Belə bir əlverişli şərait səbəbindən mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycanla əməkdaşlıq etməyə calışan beynəlxalq maliyyə qurumlarının və dünya ölkələrinin sayı da ilbəil artır.

AYİB-in respublikamızla yükdaşımalar sahəsində sıx əməkdaşlıq qurmasını da məhz yuxarıda vurğulanan məqam şərtləndirir. Bankla Azərbaycan İnvestisiya Holdinqi arasında razılıq əldə edilməsi–niyyət sənədi imzalanması da bu məsələdən qaynaqlanır. Bu əməkdaşılıq mövcud nəqliyyat dəhlizləri üzrə Azərbaycanın dəniz, avtomobil və dəmir yolu nəqliyyatının iştirakı ilə multimodal daşımaçılığın səmərəliliyini artıraraq iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verəcək.

AYİB-in ölkəmizlə əməkdaşlığında əsas istiqamətlərdən biri də bərpaolunan enerji layihələrinin həyata keçirilməsidir. Bank tərəfindən aparılan tədqiqatlar da bu sahəyə marağı gücləndirir. Belə ki, maliyyə qurumunun araşdırmalarında Azərbaycanda ekoloji cəhətdən təmiz hidrogen istehsalının məqsədəuyğun olması öz təsdiqini tapır. Bununla bağlı AYİB-in dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkətinin Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlili də mühüm önəm daşıyır. Başqa sözlə, adıçəkilən şirkətin hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 01:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri