Ayın əks tərəfindən gətirilən torpaq nümunələri Çində ictimaiyyətə təqdim edildi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çin ilk dəfə olaraq Ayın əks tərəfindən olan torpağı geniş ictimaiyyətə təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat verib.
Qeyd olunur ki, Çin "Çanqe-6" kosmik gəmisini uğurla Ayın uzaq tərəfinə endirən və Yerin peykinin qaranlıq tərəfindən torpaq nümunələrini çatdıran dünyanın ilk ölkəsi olub.
Çin aprelin 24-də Milli Kosmos Gününü qeyd edir. Şənlik çərçivəsində "Shanghai World Expo Center" mərkəzində Ayın uzaq tərəfindəki Cənub Qütbü-Eytken hövzəsindən toplanmış Ay torpağı nümunələri nümayiş etdirilib.
Bundan əlavə, ziyarətçilər 2020-ci ilin dekabrında "Çanqe-5" missiyası zamanı toplanmış Ay torpağı nümunələrini də görə biləcəklər.
Bu mövzuda digər xəbərlər:Çində mikrodalğalı silahlar təqdim edildi
04 Sentyabr 2025 11:41
Antalyada Azərbaycan incəsənət nümunələri ictimaiyyətə təqdim edilib
19 May 2026 21:23
Ayın əks tərəfinin FOTOSU
06 Aprel 2026 23:14
Yenilənmiş Volkswagen Lamando L Çində təqdim edildi
01 Avqust 2025 00:30
Çində xidmət sektorunda aktivlik 7 ayın pik həddinə çatıb
06 Yanvar 2025 17:09
Baxış sayı:143
Bu xəbər 24 Aprel 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















