Çində xidmət sektorunda aktivlik 7 ayın pik həddinə çatıb
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin xidmət sektorunda aktivlik 7 ayın pik həddinə çatıb.
Banco.az xəbər verir ki, “S&P Global” tərəfindən tərtib edilmiş “Caixin” sorğusuna əsasən, Çinin xidmət sektoru yeddi ayın ən sürətli artımını qeydə alıb.
Xidmətlər üzrə satınalma menecerləri indeksi dekabr ayında 51,5 punktdan 52,2 punkta yüksəlib. Bazarlarda indeksin 51,7-yə çatacağı gözlənilirdi.
“Caixin” biznes fəaliyyətindəki artımın daha çox yeni iş axını ilə dəstəkləndiyini bildirib, lakin xaricdəki müştərilərdən alınan sifarişlərin 2023-cü ilin avqustundan bəri ilk dəfə azaldığını qeyd edib.
Ən sərfəli kredit üçün müraciət etBizi sosial şəbəkələrdən izləyin!!

Çində inflyasiya son 5 ayın ən yüksək həddinə çatıb
10 Fevral 2025 17:38
Avropada korporativ aktivlik beş ayın ən yüksək həddinə çatıb
24 Yanvar 2025 18:56
Çində taxıl yığımı rekord həddə çatıb
16 Dekabr 2024 15:42
Çində tüğyan edən xəstəlik Azərbaycana da çatıb? İnfeksionist
06 Yanvar 2025 17:41
Qlobal ərzaq qiymətləri 19 ayın ən yüksək həddinə çatıb
06 Dekabr 2024 17:47

