Icma.az
close
up
RU
AYNA: Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib

AYNA: Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib.

Oxu.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, BMT-nin 8-ci Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə maarifləndirici tədbirlər təşkil edib. İlk belə tədbir üçün məkan Hüseyn Cavid prospekti, metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığı seçilib. Bu ərazi tələbələrin və mikromobillik vasitələri istifadəçilərinin sıx hərəkət etdiyi əsas məkanlardandır.

Tədbir çərçivəsində yol hərəkəti təhlükəsizliyi və mikromobilik vasitələrindən istifadə qaydaları haqqında maarifləndirici broşürlər paylanıb. Bildirilib ki, hər il dünyada 1,3 milyon insan yol qəzasında həyatını itirir. Bu qəzaların böyük qismi piyada və velosipedçilərin iştirakı ilə baş verir.

Piyadalara və mikromobillik vasitələri istifadəçilərinə ərazidə yeni salınmış mikromobillik zolağı və onun əhəmiyyəti barədə məlumat verilib. Qeyd olunub ki, müasir şəhər mühitinin daha çox insanyönümlü olması mikromobillik vasitələrindən istifadənin təşviqini zəruri edir. AYNA tərəfindən beynəlxalq təcrübə nəzərə alınaraq mikromobillik şəbəkəsinin genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib.

Məlumat verilib ki, mikromobilliklə bağlı təhlillər aparılır, əsas cəlbetmə məntəqələri, insanların gündəlik olaraq ən çox səfər etdiyi ərazilər müəyyənləşdirilir. Həmin ərazilərdə mikromobillik vasitələri üçün parklanma yerləri təyin olunur. Hazırda paytaxtda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib. Tələbat artdıqca parklanma məntəqələrinin sayı artırılır.

Bu il ərzində mikromobillik vasitələrindən 675 min 888 dəfə istifadə olunub. Bu müddətdə 1 milyon 895 min km-ə yaxın məsafə qət edilib.

İştirakçıların diqqətinə çatdırılıb ki, ətrafdakı digər küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və metronun "Elmlər Akademiyası" stansiyası ətrafındakı şəbəkənin şəhərin mərkəzi hissəsindəki şəbəkə ilə əlaqələndirilməsi planlaşdırılır. AYNA şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsini daha da genişləndirməyi hədəfləyib. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı velosiped və skuterləri yol hərəkəti iştirakçıları üçün əsas nəqliyyat vasitəsinə çevirməkdir.

Tədbir çərçivəsində "Apar" velosiped kirayəsi xidmətinin nümayəndələri tərəfindən iştirakçılar üçün şəhər şəraitində təhlükəsiz velosiped sürmə və zolaqlardan düzgün istifadə qaydaları barədə təlim təşkil edilib.

Maarifləndirici tədbirin məqsədi yol istifadəçiləri arasında təhlükəsiz və məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 May 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see213

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see193

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see192

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see182

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see150

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see148

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see139

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see135

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see135

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see133

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see133

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see132

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see132

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see131

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see129

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see129

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see124

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see124

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see121

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri