Bu gün Bakıda parklanma ödənişsizdir? AYNA dan açıqlama
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Sosail şəbəkələrdə bu gün parklanmanın pulsuz olduğunu bildirən paylaşımlar edilib. Qeyd edilib ki, bu gün ölkədə iş günü olmadığı üçün paytaxtda parklanma ödənişsizdir.
Deyilənlərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Tural Orucov Bizim.Media-ya açıqlamasında məlumatın doğru olmadığını bildirdi:
“Sosial şəbəkədə yazılanlarr doğru deyil. Bu gün parklanma ödənişlidir. Biz bu haqda dəfələrlə demişik, yenə də xatırlatma verirəm. Nəqliyyat vasitələrinin parklanması üçün yalnız axşam saat 22:00-dan saat 07:00-dək, bir də həftənin bazar günləri ödənişsizdir.
Bayram günləri, qeyri-iş günləri bazar günlərinə təsadüf edəndə parklanma ödənişsiz olur. Amma həftə içərisinə düşəndə isə xidmət pulludur”.
Rəna Cumaqızı, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 29 Yanvar 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















