Icma.az
close
up
RU
“AYNA əvvəlcə öz “ayna”sına baxsın” Deputatdan sərt sözlər

“AYNA əvvəlcə öz “ayna”sına baxsın” Deputatdan sərt sözlər

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu qurumun fəaliyyəti ilə bağlı hansısa razılıq ifadə etmək mümkün deyil. Çünki hamımız tıxacda qalırıq. Mənə elə gəlir ki, AYNA əvvəlcə öz “ayna” sına baxmalıdır və real vəziyyəti görməlidir. Bakı şəhərində hərəkət etmək mümkün deyil. Alternativlər haqqında düşünülməlidir”.

Bunu Demokrat.az-a deputat Fazil Mustafa deyib. O bildirib ki, AYNA bütün məsələləri vətəndaşların üzərinə yükləyib, vətəndaşı çətin vəziyyətdə qoymaq anlayışından uzaq durmalıdır: “Cərimələri bu qədər artırırlar, nə olsun? Bu vəsait vətəndaşların cibindən çıxır. Prezident bunlara inanaraq, səlahiyyət verərək hansısa problemin həllini tapşırıbsa, bu işə daha məsuliyyətli yanaşmalıdırlar, vətəndaş məmnunluğunu təmin etməlidirlər.

Fazil Mustafa

Bu məsələ çox ciddi və ictimai narazılıq yaradan məsələdir. Ən böyük məsuliyyət bu qurumun üzərinə düşür, bu qurum da öz məsuliyyətini başa düşərək problemin həlli üçün konkret addımlar atmalıdır".

Ümumiyyətlə, son illərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən və onun “Azparkinq” xidmətindən çoxlu şikayətlər var: paytaxtda parklanma problemi həllini tapmayıb, avtobus zolaqları bəzi yerlərdə avtomobillərin dönməsinə çətinlik yaradır, cərimə yazmaqdan başqa bir iş görülmür. Faktiki şəhərin nəqliyyat sahəsində xaos davam edir.

Bəs ictimai nəqliyyatda xaosun aradan qaldırılması üçün hansı alternativ addımlar atılmalıdır? Artırılan cərimələr nəqliyyatda nizam-intizamı təmin edə bilərmi, yoxsa sadəcə vətəndaşların cibinə əlavə yükdür? “Azparkinq” xidmətinin fəaliyyəti niyə bu qədər çox şikayət doğurur - parklanma yerlərinin azlığından, yoxsa idarəetmənin səmərəsizliyindən? Avtobus zolaqlarının tətbiqi Bakı üçün doğrudurmu, yoxsa şəhərin küçə infrastrukturuna uyğun gəlmir?

Eldəniz Cəfərov

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, tıxacların həm obyektiv, həm də subyektiv səbəbləri var: “Son illər paytaxtın iqtisadiyyatının artması, əhalinin çoxalması, şəhərin turizm mərkəzinə çevrilməsi, mədəni həyatın zənginləşməsi və beynəlxalq tədbirlərin çoxalması nəticəsində sıxlığın olması normaldır. Sadəcə, çalışmaq lazımdır ki, bu sıxlıqlar tıxaca çevrilməsin.

Mərhələli şəkildə bu sıxlıqların aradan qaldırılması mümkündür. Bunun üçün də xüsusi dövlət proqramı hazırlanıb. Orada tədbirlər planı təsbit olunub, hər bir qurumun qarşısında konkret vəzifə qoyulub. 2025-2030-cu illər ərzində həyata keçiriləcək işlər elə effektiv olmalıdır ki, tıxacların sayı azalsın.

Hazırda yeni tunellərin, körpülərin, yolötürücülərin tikilməsi, tunel və depoların inşası məhz bu məqsədə xidmət edir. Artıq Bakı və ətraf ərazilərdə tramvay xətlərinin çəkilməsi də dövlət proqramında nəzərdə tutulub. Yəni bu istiqamətdə işlər görülür. Təbii ki, çətinliklər olacaq - haradasa yol bağlanacaq, haradasa açılacaq. Tikinti-təmir işləri aparılanda yolları bağlamadan bunu etmək mümkün deyil".

Ekspert artırılan cərimələrlə bağlı deyib ki, bütün dünyada qayda pozuntuları cərimə ilə tənbeh olunur: “Əgər hansısa qayda pozuntusu davam edirsə və insanlar qaydalara məhəl qoymursa, cərimələrin artırılması qaçılmaz olur.

İctimai nəqliyyata gəldikdə, hazırda ictimai nəqliyyat yenidən dirçəldilir. Taksi isə sadəcə köməkçi vasitədir. Hazırda ölkəyə yeni avtobuslar gətirilir. Hətta bu ildən etibarən Çinin məşhur BYD şirkətinin avtobusları artıq Azərbaycanda istehsal olunacaq. Mən deməzdim ki, vəziyyət acınacaqlıdır. Hər şeyi birdən-birə həll etmək mümkün deyil. Amma bu, o demək deyil ki, cəmiyyət susmalıdır. Əksinə, vətəndaş da, media da çatışmazlıqlardan danışmalıdır.

“Azparking” xidmətinə gəldikdə isə, fəaliyyətə yeni başlayanda mobil tətbiqlə, SMS sistemi ilə, yerlərin azlığı ilə bağlı problemlər çox idi. Lakin mərhələli şəkildə bu problemlərin çoxu həll olundu. İndi də müəyyən çatışmazlıqlar varsa, onlar da həll edilə bilər. Amma nəzərə almaq lazımdır ki, Bakıda avtomobil yolunun kənarında parklanma yeri yaratmaq çox çətindir. Çünki vaxtilə şəhərsalma zamanı səhvlərə yol verilib - avtomobil yolları zəbt olunub, obyektlər səkilərdə tikilib, tikinti standartlarına əməl olunmayıb. Halbuki hər bir yaşayış və qeyri-yaşayış obyektinin özünün parklanma yeri olmalı idi. İndi isə bu məsələ həll edilmədiyi üçün vətəndaşlarla müvafiq qurumlar arasında problemlər yaranır. Məncə, ilk növbədə obyekt sahiblərinin qarşısında məsələ qaldırılmalıdır ki, şəhər ərazisində obyekt tikirsənsə, mütləq parklanma yeri də təmin etməlisən".

Eldəniz Cəfərov həmçinin bildirib ki, avtobus zolaqlarının tətbiqinin əsas məqsədi isə ictimai nəqliyyatdan istifadə edən vətəndaşların vaxtında ünvana çatmasıdır:

“Bu zolaqlar olmasaydı, vəziyyət daha pis ola bilərdi. Əvvəlcə müəyyən nöqsanlar var idi - məsələn, bəzi yerlərdə avtobus zolağına daxil olmaq üçün qırıq xətlər qoyulmamışdı, yaxud taksilər üçün dayanma yerləri ayrılmamışdı. Sonradan bunlar düzəldildi. Biz də ekspertlər olaraq müvafiq qurumlarla görüşlərdə fikirlərimizi bildirdik. Nəticədə taksilər üçün ayrıca minib-düşmə məntəqələri yaradıldı”. /Yeni Müsavat/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Avqust 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri