“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” Deputatdan ETİRAZ
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
“Bu qurumun fəaliyyəti ilə bağlı hansısa razılıq ifadə etmək mümkün deyil. Çünki hamımız tıxacda qalırıq. Mənə elə gəlir ki, AYNA əvvəlcə öz "aynasına" baxmalıdır və real vəziyyəti görməlidir. Bakı şəhərində hərəkət etmək mümkün deyil. Alternativlər haqqında düşünülməlidir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O bildirib ki, AYNA bütün məsələləri vətəndaşların üzərinə yükləyib, vətəndaşı çətin vəziyyətdə qoymaq anlayışından uzaq durmalıdır:
“Cərimələri bu qədər artırırlar, nə olsun?
Bu vəsait vətəndaşların cibindən çıxır. Prezident bunlara inanaraq, səlahiyyət verərək hansısa problemin həllini tapşırıbsa, bu işə daha məsuliyyətli yanaşmalıdırlar, vətəndaş məmnunluğunu təmin etməlidirlər.
Bu məsələ çox ciddi və ictimai narazılıq yaradan məsələdir. Ən böyük məsuliyyət bu qurumun üzərinə düşür, bu qurum da öz məsuliyyətini başa düşərək problemin həlli üçün konkret addımlar atmalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

AYNA: Bakıda 507 avtobusda kartla ödəniş mümkün deyil
17 Mart 2025 14:43
Deputatdan Avropa Parlamentinə ETİRAZ
04 Noyabr 2024 18:44
Deputatdan veteran təqaüdlərinin artırılmamasına ETİRAZ
26 Noyabr 2024 15:47
Deputatdan veteranların təqaüdlərinin artırılmamasına ETİRAZ
26 Noyabr 2024 15:40
İşığı keçirirlər, utanıram DEPUTATDAN ETİRAZ
03 Mart 2025 16:44