AYNA tərəfindən bir sıra piyada keçidləri və nişanlama xətləri yenilənib
Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən gün mikromobilliyin təmin olunması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bir sıra zəruri addımlar atılıb.
Teleqraf.com-un Agentliyə istinadən xəbərinə görə, ötən gün AYNA tərəfindən Ramana qəsəbəsində 2, Kürdəxanı qəsəbəsində 1 piyada keçidi yenilənib.
Bundan başqa, Kamal Rəhimov küçəsində layihəyə uyğun olaraq üfüqi nişanlanma xəttinin təşkili üçün işlər görülüb.
Təbriz, Abbas Mirzə Şərifzadə küçələrində, Nəsimi rayonunun Məmmədcəfər Cəfərov, Asif Məhərrəmov, Hüseynbala Əliyev, Hüseyn Seyidzadə küçələrində və Heydər Əliyev prospektində üfüqi nişanla xətlərinin yenilənməsi üçün tədbirlər görülüb.
Eyni zamanda, Ziya Bünyadov prospektində (metronun 20 Yanvar stansiyasından Atatürk prospektinədək) avtobus zolağı üzrə üfüqi nişanlama xətlərinin yenilənməsi ilə bağlı işlər davam etdirilib.
Baxış sayı:64
Bu xəbər 21 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















