AYNA və UITP arasında əməkdaşlıq imkanları müzakirə edilib
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 tədbirində iştirak məqsədilə ölkəmizdə səfərdə olan İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) Baş katibi Məhəmməd Mezqani ilə görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, AYNA-dan bildirilib ki, görüşdə ölkəmizdə ictimai nəqliyyat sahəsində aparılan islahatlar, nəqliyyat sistemində rəqəmsallaşma, optimallaşdırma işləri, mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqi və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə görülən işlər barədə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin ictimai nəqliyyatdan istifadənin təşviqi, dayanıqlı şəhər mobilliyi sahəsində dünya təcrübəsinin öyrənilməsi sahəsində UITP ilə potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 18 Noyabr 2024 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















