Icma.az
close
up
RU
AYNA və UITP arasında əməkdaşlıq imkanları müzakirə edilib AZƏRTAC

AYNA və UITP arasında əməkdaşlıq imkanları müzakirə edilib AZƏRTAC

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 tədbirində iştirak məqsədilə ölkəmizdə səfərdə olan İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) Baş katibi Məhəmməd Mezqani ilə görüşüb.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizdə ictimai nəqliyyat sahəsində aparılan islahatlar, nəqliyyat sistemində rəqəmsallaşma, optimallaşdırma işləri, mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqi və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə görülən işlər barədə ətraflı məlumat verilib.

Görüşdə, həmçinin ictimai nəqliyyatdan istifadənin təşviqi, dayanıqlı şəhər mobilliyi sahəsində dünya təcrübəsinin öyrənilməsi sahəsində UITP ilə potensial əməkdaşlıq imkanları müzakirə edilib.

seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri