Icma.az
close
up
RU
Ayntraxt dakı baş məşqçi dəyişikliyi bizə mane ola bilər Qurban Qurbanov

Ayntraxt dakı baş məşqçi dəyişikliyi bizə mane ola bilər Qurban Qurbanov

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Ayntraxt"dakı baş məşqçi dəyişikliyi bizə mane ola bilər" - Qurban Qurbanov

"Bu gün Azərbaycan tarixi üçün ağır bir gün olub. Başımız sağ olsun. Oyuna gəldikdə, çox vacib bir görüşdür. Düzdür, hazırlaşmağa vaxtımız çox olmadı, amma hər bir halda istirahət etməyə və oyuna sakit halda hazırlaşmağa vaxt tapdıq. Az bir vaxtda maksimum çalışdıq. ki, ən azı futbolçularımızı bu oyuna fiziki baxımdan hazırlayaq. Amma bir yoxlama oyunu da oynasaq, daha yaxşı olardı".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində sabah "Ayntraxt"la (Almaniya) Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, futbolçularımız hər bir məşqdə Frankfurt klubu ilə oyuna böyük əhəmiyyət verdyini bildirib: "İnanıram ki, sabah meydanda çox intizamlı bir komanda görəcəyik. Rəqibin düşərgəsində bəzi dəyişikliklər olub. Bu amil bizə mane ola bilər. Çünki "Ayntraxt" indi daha yığcam, intizamlı və istəkli oynayacaq. Buna baxmayaraq, ən azı çalışacağıq ki, azrkeşləri sevindirək. İnanıram ki, sabah ən yaxşı oyunlarımızıdan birini oynayacağıq".

Q.Qurbanov “Ayntraxt”da baş məşqçi dəyişikliyinin onların planlarına da təsir etdiyini bildirib: "Həqiqətən oyunlara baxırdıq, yanvardan bu yana üç matç keçiriblər. Həm fərqli heyət, həm fərqli sistemdə meydana çıxırdılar. Oyunun gedişində müxtəlif hücumlar qururdular, hər oyunda fərqli müdafiə olunurdular. Buna uyğun işimizi aparırdıq. Amma planlar dəyişdi. Sabah meydanda çox diqqətli olmalıyıq ki, gedişlərini tuta bilək. Əsas öz oyunumuzu intizamlı oynasaq, diqqətli olsaq, rəqibin nə etmək istədiyini bilsək, problem olmamalıdır. Düzdür, təcrübəli komandadırlar. Ümumi özünəməxsus alman intizamı var, bunlar öz yerində. Lakin bizim də təcrübəmiz var. Futbolçuların hazırlığı ümid verir ki, daha yaxşı oynaya bilər. Uğurlu nəticə əldə edə biləcəyimizə inanıram. Ümumilikdə, rəqibdə baş məşqçi dəyişikliyi bizim üçün sürpriz oldu, fikrimiz qarışdı".

 “Ayntraxt”ı oyuna hazırlayan Aleksandr Mayer 13 il əvvəl “Qarabağ”a üç qol vurmuşdu. Bu, sizinçün əlavə məqamdır" sualına isə Qurbanov maraqlı cavab verib: "İndi qol vura bilməyəcək (gülür).Sadəcə tanış simadır, görmək xoş olardı".

Q.Qurbanov transfer planları ilə bağlı isə bunları deyib: "Gözlənti çoxdur, olmalıdır. Maneə olmasa, baş tutacaq. Azı bir keçid olmalıdır".

Komandasındakı psixoloji durumla bağlı danışan mütəxəssis son turda Bakıda "Ayaks"la görüşdə hesabda irəli olduqları halda uduzmaları (2:4) ilə bağlı sualı da cavablandırıb: "Bu turnirin çəkisi böyükdür. Böyük futbol dediyimiz budur. Burda rəqib komandanın problemi var deyə fikirləşmək olmaz. Onlar yüz illərdir futbol oynayır, köklü klubdurlar. Məşqçi dəyişikliyi, hansısa futbolçunun yoxluğu onlara təsir etmir. Belə turnirlər onlar üçün əlavə motivasiya verir. Seçimləri çoxdur və futbolçular bir-birini əvəz edə bilir. “Ayaks”la danışanda elə fikirlər yaranır ki, sanki zəif komandaya uduzmuşuq. Futbolçularla danışığımız olub və rəqibin gücünü bilməli olduğumuzu qeyd etmişik. Bunlara uyğun işimizi qurmalıyıq. Bu gün də düşünmürəm ki, rəqib düşərgəsində hansısa problem var. Belə halların tez-tez şahidi oluruq. Böyük komandalar belə situasiyalara hazırdırlar. Əsas məsələ bizim hazırlığımızdır. Oyuna fərqli hazırlaşmışdıq, indi fərqli komanda görəcəyik. Ona görə illərdir istəyirəm ki, öz oyunumuzla, bacardığımızla qələbə qazanaq. Hazırlıq planımızdakı düşüncələri, əminliyi sabah meydanda göstərə bilsək, yaxşı oyun keçirəcəyik və yaxşı nəticə əldə etmək gücündəyik. Baxmayaraq ki, rəqib Bundesliqadan gəlir, əlimizdə şans varsa, niyə istifadə etməyək? Biz çox ideya, fikir verə bilərik, lakin vacib məqam futbolçuların meydanda nələr etməsidir. Tempimizi qorumaq önəmlidir. Az qələbə qazanaq, öz oyunumuzla qazanaq".

Q.Qurbanov yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərən Joni Montielin sabahkı görüşdə oynamaq şansından da danışıb: "Montiel futboldan xeyli vaxt uzaq qalmışdı. Bu gün durumu pis deyil. Futbolçu elə məxluqdur ki, nə vaxt soruşsan, deyəcək hazıram. İstər bir ay məşq eləməsin, ya eləsin. Reallığa baxsaq, gələndən çox əziyyət çəkib. İşinə peşəkar yanaşıb. Ondan razıyam. Hər bir halda, bu gün onu tam hazır hesab etmirəm. Məşqlərdə yaxşı olmasına, hazırlıq dönəmində qollar vurmasına baxmayaraq, hələ tam deyil. Belə böyük oyunlarda onun təcrübəsinə ehtiyac var. Ümumən, hazırlığından razıyam. İnanıram ki, belə davam etsə, daha yaxşı ola bilər. Məşqçi kimi çalışacam ki, onu yaxşı səviyyəyə gətirə bilək".

Q.Qurbanov belə oyunlardan sonra çempionat görüşlərinə köklənməkdə çətinlik yaranması fikir ilə razılaşıb: "Ümumən təsiri olur. Bəzən belə oyunlardan sonra daxili liqada xal itkilərimiz çox olub. Avropada da belədir. Şükürlər olsun ki, neçə ildir çempionatda öz yerimizi qoruyub-saxlaya bilmişik. Amma digər ölkələrə baxsan, çox problemləri olur. Hansı ki, hətta elə ölkələrin komandaları var, bu turnirlərdən sonra öz liqalarında 8-10-cu yerlərdə gedirlər. Amma ümumən bizə mane olur. Çünki istər-istəməz fikirlərimiz bu oyunlaradır. Lakin bu, hardasa müvəqqəti olur, sonradan yenə digər matçlara köklənə bilirik. Sadəcə gərginliyin çempionat matçlarına təsiri olur. Amma illərdir belədir. Bizdə pis alınmır. Əvvəlki illərdən daha çox güc sərf edirik, psixoloji daha çox yoruluruq, bir az çətinləşir. Lakin hər bir halda, işimizdir, çalışmalıyıq ki, eyni səviyyədə qalaq. Buna görə bizim 11 yox, 22-23 futbolçumuz var. Belə oyunlarda, belə anlarda digər futbolçuların üzərinə məsuliyyət düşür. Bəzən üzdə olan futbolçuların faydasından danışılır. Lakin ikinci heyət... İnanıram ki, futbolçuların xətrinə dəyməz. Onların etdikləri digərlərinin etdiyindən daha da faydalı olur. Çünk o tempi qoruyub-saxlaya bilməsək, biz növbəti ildə nə Çempionlar Liqasında, nə də Avropa Liqasında iştirak edə bilərik. Çətinlik var. Amma sağ olsunlar, futbolçularım bu tempi qoruyur. Bəzən gözlənilməz məğlubiyyət olur. Bu da futbolun bir hissəsidir. İnanıram ki, qarşıda bizi çox maraqlı matçlar gözləyir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://qol.az
archiveBu xəbər 20 Yanvar 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri