“Özünəməxsus standartları olan məşqçi” “Ayntraxt” Qurban Qurbanov barədə bu fikirdədir
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda “Qarabağ” Bakıda “Ayntraxt Frankfurt”u qəbul edəcək.
İdman.Biz bildirir ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Oyundan öncə Almaniya klubu öz rəsmi saytında “Qarabağ” təhlil edən məqalə yerləşdirib.
“Almandilli ölkələrdə “Qarabağ Ağdam” kimi də tanınan “Qarabağ” futbol klubu, Azərbaycanın ən uğurlu futbol klublarından biridir. Əslən Ağdam şəhərində yerləşən klub, 1993-cü ildə şəhərin işğalından bəri paytaxt Bakıda yerləşir. “Qarabağ” ölkənin dominant komandalarından biridir. Klub hazırkı çempiondur və ardıcıl dörd titul da daxil olmaqla on iki dəfə Premyer Liqanın qalibi olub”, - məqalədə deyilir.
Daha sonra Ağdam klubunun Avropa kuboklarında uğurlu çıxışından söz açılır və baş məşqçi Qurban Qurbanov təhlil edilir. Məqalədə Qurbanovun “Qarabağ” futbol klubunda müəyyənedici fiqur olduğu vurğulanır.
“Qurbanov 2008-ci ildən bəri kluba rəhbərlik edir və təxminən iyirmi ildir ki, onun idman inkişafına həlledici təsir göstərib. 53 yaşlı məşqçi əvvəllər məşqçilik təcrübəsini “Neftçi” PFK-da qazanıb”, - məqalə müəllifləri vurğulayırlar.
Bildirilir ki, Qurbanov məşqçi kimi özünəməxsus standartlar müəyyən edib.
Yazıda “Qarabağ”ın taktiki sxeminə də toxunlur: “Cari Çempionlar Liqası mövsümündə “Qarabağ” daim 4-2-3-1 sxemindən istifadə edib və baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında start heyətində yalnız bir neçə dəyişiklik edib - Çempionlar Liqasının altı oyunununnda cəmi dörd dəyişiklik”.
Heyəti təhlil edən məqalə müəllifləri ayrı-ayrılıqda Mateuş Koxalski, Elvin Cəfərquliyev, Kevin Medina, Bəhlul Mustafazadə, Mateus Silva, Marko Yankoviç, Pedro Bikalyo, Emmanuel Addai, Abdullah Zubir və Leandro Andradedən söz açıblar.
Andradenin üzərində ayrıca dayanan məqalə müəllifləri onu “Atletiko Madrid”dən Markos Loryente ilə müqayisə ediblər. “Bu mövsüm Çempionlar Liqasında üç qol vurmaq üçün Andrade cəmi beş zərbəyə ehtiyac duyub”.
Həmçinin qeyd olunur ki, “Qarabağ”ın hücumunda Kamilo Duran Nəriman Axundzadədən daha üstündür.
Daha sonra “Qarabağ” klubunun statistik göstəriciləri sadalanır və bildirilir ki, Azərbaycan çempionatında klubun göstəriciləri UEFA Çempionlar Liqasından daha parlaqdır.
Oyunun keçiriləcəyi arenadan da məqalədə bəhs edilir. Stadionun tarixçəsindən yazan müəlliflər arenaya adı verilmiş Tofiq Bəhramovun 1966-cı il dünya çempionatının finalındakı addımından, yəni, ingiltərəli Ceff Herstin Almaniyanın qapısına vurduğu qolun sayılmasındakı rolundan xüsusi yazıblar.
Həmçinin iki klubun öz arasında olan statistika da gətirilir: “Qarabağ” və “Ayntraxt Frankfurt” rəsmi matçlarda iki dəfə qarşılaşıblar, hər ikisi 2013/14 UEFA Avropa Liqasının seçmə mərhələsində. Hər iki matç “Ayntraxt Frankfurt”un qələbəsi ilə başa çatıb, ilk oyunu Bakıda 2:0, ikincisini isə Frankfurtda 2:1 hesabı ilə qazanıb.
“Qarabağ” və “Ayntraxt Frankfurt” arasındakı matç Avropa futbolunda da bir ilkə imza atacaq: ilk dəfə olaraq Azərbaycan və Almaniya klubu UEFA Çempionlar Liqasında qarşılaşacaq”.
“Qarabağ” Avropa yarışlarının əsas hissəsində keçirdiyi son 22 oyunda yalnız bir dəfə qapısını toxunulmaz saxlayıb, bu mövsüm Çempionlar Liqasının ikinci turunda evdə “Kopenhagen” üzərində 2:0 hesablı qələbə qazananda”.
Məqalədə maraqlı bir fakt da qeyd olunur – “Ayntraxt”dan Kaua Santos və “Qarabağ”dan Kamilo Duran 2021/22 mövsümündə “Flamenqo”nun 20 yaşadək komandasında birlikdə oynayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Yanvar 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















