Ayntraxt Frankfurt Can Uzunun qiymətini açıqladı
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın “Ayntraxt Frankfurt” klubu gənc futbolçusu Can Uzunla bağlı qərarını verib.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi türkiyəli oyunçunun transfer qiymətini 80 milyon avro olaraq təyin edib.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
19 yaşlı hücumçu Bundesliqada göstərdiyi performansla Avropanın bir sıra nəhəng klublarının diqqətini cəlb edib. Onun oyun üslubu və sürətli inkişafı gələcəkdə daha yüksək səviyyədə çıxış edəcəyinə işarə kimi qiymətləndirilir.
"Frankfurt" rəhbərliyi isə Can Uzunun asanlıqla əldən buraxılmasını istəmir. Klubun mövqeyinə görə, yalnız ciddi maliyyə təklifi daxil olacağı halda futbolçunun satışı gündəmə gətiriləcək.
Türkiyə millisinin də formasını geyinən Can Uzun, hazırda Bundesliqanın ən istedadlı gənc hücumçularından biri hesab olunur. O, bu mövsüm komandasının heyətində çıxdığı 5 matçda 4 qol 3 məhsuldar ötürmə ilə fərqlənib.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 Sentyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















