Icma.az
close
up
RU
Bundesliqa: “Ayntraxt Frankfurt” səfərdə xal itirib

Bundesliqa: “Ayntraxt Frankfurt” səfərdə xal itirib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 27 yanvar, AZƏRTAC

Bundesliqanın 19-cu turuna “Hoffenhaym” - “Ayntraxt Frankfurt” və “St Pauli” – “Union Berlin” görüşləri ilə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, çempionatda ardıcıl üç qələbə qazanan “Frankfurt” bu dəfə heç-heçə ilə kifayətlənməli olub – 2:2. Digər oyunda isə “St Pauli” paytaxt təmsilçisinin qapısından üç cavabsız top keçirib.

Turun əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Volfsburq” - “Holştayn Kiel” - 2:2;

“Leyptsiq” - “Bayer Leverkuzen” - 2:2;

“Borussiya Dortmund” - “Verder Bremen” - 2:2;

“Frayburq” - “Bavariya” - 1:2;

“Auqsburq” - “Heidenhaym”ı - 2:1;

“Maynts 05” - “Ştutqart” - 2:0;

“Borussiya Münxenqladbax” - “Boxum 1848” - 3:0.

Bundesliqaya 19 turdan sonra 48 xalla “Bavariya” liderlik edir. “Bayer Leverkuzen”in liderlə xal fərqi bu turda heç-heç nəticəsində 6-ya yüksəlib. Bu turda xal itirməsi “Ayntraxt Frankfurt” mövqeyinə təsir etməyib. Komanda 37 xalla mövqeyini qoruyub. İlk beşliyi aktivlərində 32 xal olan “Ştutqart” və “Leyptsiq” tamamlayır. “Maynts 05” 31 xalla altıncı, “Volfsburq” 28 xalla yeddinci sırada yer alıb. “Borussiya Münxenqladbax”, “Verder Bremen” və “Frayburq” 27 xalla 8-10-cu pillələrdə qərarlaşıblar. Onlardan bir xal geri qalan “Borussiya Dortmund” 11-ci yerdədir. Ardıcıl üç qələbə qazanan “Ausburq” 25 xalla 12-ci, son iki oyunda azarkeşlərini sevindirən “St Pauli” 20 xalla 13-cüdür. Sonrakı yerləri “Union Berlin” (20), “Hoffenhaym” (18), “Haydenhaym” (14), “Holştayn Kiel” (12) və “Boxum 1848” tutur.

Bundesliqanın 20-ci turunun görüşləri 31 yanvar – 2 fevral tarixlərində keçiriləcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2025 01:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri