Icma.az
close
up
RU
“Ayntraxt” XXI əsrdə bunu ikinci dəfə bacardı

“Ayntraxt” XXI əsrdə bunu ikinci dəfə bacardı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tur Almaniya futbolunda özünəməxsus yeri olan Hamburq derbisi ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, barışmaz rəqiblər olan “Hamburq”la “Sankt Pauli”nin bundesliqada yolu sonuncu dəfə 2011-ci ildə kəsişmişdi. Budəfəki duel qonaqlar üçün uğurlu alındı. Ötən həftə “Borussiya”dan möcüzəvi şəkildə xal qoparan “Sankt Pauli” bu dəfə ən prinsipial rəqibini səfərdə məğlub etdi. Debütant “Hamburq”un isə hələ ki hesabında qol yoxdu.
İlk turda fanatlarını məyus edən “Ştutqart”la “Leyptsiq” mövsümdə ilk qələbələrini qazandılar. Ötən mövsümü 3-cü pillədə tamamlayan və “Qarabağ”ın ÇL-dəki rəqiblərindən olan “Ayntraxt” cari “futbol ili”nə inamlı start verib. Maraqlıdı ki, bu komanda XXI əsrdə cəmi 2-ci dəfə bundesliqada ilk iki turu xal itirmədən tamamladı. İlk belə hal 2012/13-də yaşanmışdı. Özü də həmin vaxt debütant statusunda olan frankfurtlular ilk xal itkisi ilə yalnız 5-ci turda üzləşmişdilər. “Bayer-04” fanatlarına cəhənnəm əzabı yaşatmaqda davam edir. İlk turda evdə iddiasız “Hoffenhaym”a uduzan Leverkuzen təmsilçisi bu dəfə Bremen səfərində əvvəlcə 2:0, sonda 3:1 öndə olmasına baxmayaraq, qələbəni əldən verdi. Özü də “Verder” son iki qolu azlıqda vurdu! Bu fiasko Erik ten Haqa baha başa gəldi. Niderlandlının işindən və futbolçularla münasibətindən narazı olan rəhbərlik dünən onunla yollarını ayırdı!
Buna qədər bundesliqa tarixində yayda təyin olunub 2-ci turdan sonra qovulan məşqçi olmamışdı. Bavariya derbisi “Bavariya” üçün asan keçməsə də, “Bayer-04”dən fərqli münhenlilər qələbəni əldən vermədilər. “Rekordmayster” bu mövsüm 4-cü rəsmi oyunda 4-cü qələbəsini qazandı.
Bazar günü “Union”u darmadağın edən Dortmund “Borussiya”sı ilk qələbəsini qazandı. Ötən mövsüm ÇL-ə vəsiqəni son turda əldən verən “Frayburq” bu mövsümə faciəvi start verib. İlk turda evdə “Auqsburq”dan 3 top buraxan komanda bu dəfə Köln səfərində 4 top buraxdı. Debütant “Köln”ün iki turda sonra xal tiriməyən 3 klubdan biri olması diqqəti çəkir.
2-ci tur
Auqsburq – Bavariya 2:3

Yakiç, 53. Mərt Kömür, 56 – Qnabri, 28. Dias, 45+4. Olise, 48. (30660)
Bavariya: Noyer, Laymer (Boe, 71), Upamekano, Ta, Stanişiç, Kimmix, Qoretska (Pavloviç, 71), Olise, Qnabri (Gerreyro, 86), Dias, Keyn.
Verder – Bayer-04 3:3
Şmid, 44-p. Şmidt, 76. Kulibali, 90+4 – Şik, 5; 64-p. Tillmann, 35. (42100)
Bayer-04: Flekken, Tella (Maza, 87), Kuansa, Tapsoba, Tape (Bade, 72), Qrimaldo, Qarsiya (Palasios, 61), Andrix, M.Tillman (Eçeverri, 62), Kofane (Poku, 72), Şik.
Borussiya D – Union 3:0
Girassi, 44; 58. F.Nmeça, 81. (81365)
Borussiya: Kobel, Kouto, Anselmino (Ryuyerson, 76), Anton, Bensebayni, Svensson, Zabitser (Qross, 87), Bellingem (F.Nmeça, 71), Brandt, Bayer (Çukvuemeka, 76), Girassi (Adeüyemi, 86).
Hoffenhaym – Ayntraxt F 1:3
Prömel, 90+1 – Doan, 17; 27. Can Uzun, 51. (30150)
Ayntraxt: Setterer, Kristensen (Höylunn, 82), Kollins, Kox, Teate, Çaibi, Larsson, Doan (Buta, 78), Can Uzun (Braun, 63), Bahoya (Knauff, 63), Vahi (Batşuayi, 82).
Ştutqart – Borussiya M 1:0
Andres, 79. (60000)
Ştutqart: Nübel, Vaqnoman, Yeltş, Hendriks, Mittelştadt (Narti, 74), Ştiller, Karazor (Andres, 64), Tomas (Assinyon, 74), Dəniz Undav (Fürix, 14/Yovanoviç, 64), Levelinq, Demiroviç.
Leyptsiq – Haydenhaym 2:0
Baumqartner, 48. Romulo, 78. (43495)
Leyptsiq: Qulaçi, Baku (Nedelkoviç, 90), Orban, Lukeba, Raum, Şlager, Banzuzi (Zayvald, 67), Baumqartner (Uedraoqo, 85), Bakayoko (Diomande, 67), Nusa, Romulo (Openda, 85).
Hamburq – Sankt Pauli 0:2
Dzviqala, 19. Untonci, 59. (57000)
Volfsburq – Maynts-05 1:1
Senter, 9 – Əmiri, 90-p. (21893)
Köln – Frayburq 4:1
Kaminski, 35. Bülter, 47. Y.Tilmann, 57. Əl-Mala, 81 – Eqqeştayn, 84. (50000)
1. Bavariya 2 2 0 0 9-2 6
2. Ayntraxt F 2 2 0 0 7-2 6
3. Köln 2 2 0 0 5-1 6
4. Borussiya D 2 1 1 0 6-3 4
5. Sankt Pauli 2 1 1 0 5-3 4
6. Volfsburq 2 1 1 0 4-2 4
7. Auqsburq 2 1 0 1 5-4 3
8. Ştutqart 2 1 0 1 2-2 3
9. Hoffenhaym 2 1 0 1 3-4 3
10. Union 2 1 0 1 2-4 3
11. Leyptsiq 2 1 0 1 2-6 3
12. Bayer-04 2 0 1 1 4-5 1
13. Maynts-05 2 0 1 1 1-2 1
14. Borussiya M 2 0 1 1 0-1 1
15. Hamburq 2 0 1 1 0-2 1
16. Verder 2 0 1 1 4-7 1
17. Haydenhyaym 2 0 0 2 1-5 0
18. Frayburq 2 0 0 2 2-7 0
Bombardirlər: Keyn, Olise (hər ikisi “Bavariya”), Girassi (Borussiya D) – 3.
Növbəti turun oyunları sentyabrın 12-14-ü aralığında keçiriləcək: Bayer-04 – Ayntraxt F, Haydenhaym – Borussiya D, Bavariya – Hamburq, Maynts-05 – Leyptsiq, Frayburq – Ştutqart, Union – Hoffеnhaym, Volfsburq – Köln, Borussiya M – Verder, Sankt Pauli – Auqsburq.
Turun rəqəmi
7 – ötən mövsümü də nəzərə almaqla Girassi ardıcıl 7-ci bundesliqa matçında fərqlənməyi bacardı. Qvineyalı forvard bu müddətdə 9 qol vurub. Bu, “Borussiya”nın tarixində 3-cü ən yaxşı seriyadı. Bu klubun heyətində yalnız 2015-ci ildə Obameyanq (10) və 2013-cü ildə Levandovski (12) bundesliqada daha çox ardıcıl oyunda qol vurmağa müvəffəq olub.
Turun ulduzu
Ritsu Doan (Ayntraxt F) – bu yay 21 milyon avroya “Frayburq”dan transfer edilən yaponiyalı vinger ona görə ödənilən məbləği hələ ki artıqlamasıyla doğruldur. 27 yaşlı futbolçu o qədər də asan olmayan Zinshaym səfərində komandasının vurduğu hər 3 qolda yaxından iştirak etdi. İlk yarım saatda dublunu rəsmiləşdirən Doan 2-ci hissənin əvvəlində hesabına məhsuldar ötürmə də yazdı. O, “Ayntraxt”ın heyətində keçirdiyi ilk 3 rəsmi oyunda artıq 4 qol vurub.
Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Yenə çoxlu qol fürsətini boşa verdik. 9 imkandan üçünü qola çevirdik. İlk yarıdakı oyunumuzu çox bəyəndim. Fasilədən sonra gördüklərim isə xoşuma gəlmədi. Bəlkə də indi oyunumuzda hər şey ideal görünmür. Amma digər tərəfdən durum faciəvi də deyil. Hazırlıq dönəmini çox qısa keçirmək məcburiyyətində qaldıq. Yoxlama matçları da daxil olmaqla keçirdiyimiz 7 oyunun hamısında qalib gəlmişik. Çatışmayan cəhətlərimizi və nəyin üzərində işləməli olduğumuzu bilirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Sentyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri