Icma.az
close
up
RU
“Ayntraxt”ın futbolçusundan yeni sürət rekordu

“Ayntraxt”ın futbolçusundan yeni sürət rekordu

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bundesliqanın son turunda Franfurt “Ayntraxt”ının səfərdə “Bohum”u 3:1 məğlub etdiyi qarşılaşmada Jan-Matteo Bahoya ilə bağlı iki maraqlı fakt qeydə alındı.
19 yaşlı fransalı vinger “Anje”nin yetirməsidi və “Ayntraxt”ın sıralarına 2024-ün yanvarında qoşulub. İstedadlı futbolçu yalnız fevralın sonlarından start heyətinə düşməyə başlayıb. “Bohum”la oyunun 12-ci dəqiqəsində “Vonovia Rurştadion”a toplaşanlar inanılmaz bir olayın şahidi oldu. Bahoya bir epizodda 37,16 km/saat sürətlə qaçdı. Bu, bundesliqa tarixinin yeni sürət rekordudu! Bahoya həm də bu turnirdə 37 km/saat sürət göstəricisinə çatan ilk futbolçu oldu.
Bahoyanın necə möhkəm qaçdığını təsəvvürünüzə gətirməyiniz üçün maraqlı bir xatırlatma edək. Useyn Bolt 2009-da 100 metrəni 9,58 saniyəyə qaçaraq hələ uzun illər qırılması çox çətin görünən tarixi rekorda imza atarkən onun bütün məsafə boyu orta sürəti 37,58 km/saat olmuşdu.
Maraqlıdı ki, bu, cari mövsümdə bundesliqa tarixinin sürət rekordunun qırıldığı artıq 4-cü haldı! Bu mövsümə qədər rekord Dortmund “Borussiya”sının üzvü Kərim Adeyemiyə məxsus idi. Bu futbolçu 2022/23 mövsümünün 19-cu turunda “Frayburq”la ev oyununda (5:1) komandasının 2-ci qolunu vurmamışdan öncə 36,65 km/saat sürət yığmışdı. Rekordlarla bol olan 2024/25-də isə ilk rekord 2-ci turda yeniləndi. “Haydenhaym”lı Sirlord Kontehin 2-ci turda “Auqsburq”la oyunda sürəti 36,67 km/saata çatdı. 9-cu turda “Ayntraxt”la səfər oyununda “Bohum”lu Gerrit Holtmann 36,74 km/saat sürətlə qaçaraq rekordu yenilədi. Amma bu rekord da cəmi 35 gün davam etdi. Özü də yenə Konteh fərqləndi. 13-cü turda “Haydenhaym” Münhendə “Bavariya”ya 2:4 uduzsa da, 28 yaşlı vinger bir epizodda 36,83 km/saat sürət yığmağa müvəffəq oldu. Amma göründüyü kimi, Bahoya bu göstəricilərin hamısını geridə qoydu.
Yeri gəlmişkən, Bahoya artıq yuxarıda qeyd etdiyimiz “Bohum”la oyunda 25-ci bundesliqa matçında ilk qolunu vurdu.
Bu qol sayəsində “Ayntraxt” da önəmli bir göstəriciyə nail oldu. Frankfurtluların ümumilikdə 293-cü fərqli futbolçusu bundesliqada qol sevinci yaşadı. Bununla da “Ayntraxt” turnirin tarixində ən çox futbolçusu qol vuran kluba çevrildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Mart 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri