“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Almaniyanın “Ayntraxt Frankfurt”klubunun idman direktoru Markus Kröşenin mətbuat konfransı keçirilib.
Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, klub rəsmisi müdafiə xəttindəki inamsız çıxışın baş məşqçi Dino Toppmöllerlə yolların ayrılmasına səbəb olduğunu bildirib.
O, bu qərarı belə əsaslandırıb: “Müdafiə xəttində inkişaf etmək əvəzinə geriyə getməyə başlamışdıq. Çox sayda eyni ssenarili qollar buraxmağımız əsas problem idi və məşqçi heyətinin buna həll yolu tapacağına inamımız qalmamışdı”.
Kröşe Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmaq niyyətində olduqlarını və bu baxımdan Azərbaycan çempionu ilə görüşün həlledici əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bakıya qalib gəlmək üçün gedirik. Orada qazanacağımız qələbə bizə növbəti turda, İngiltərənin “Tottenhem” klubu ilə ev oyunu öncəsi əlverişli vəziyyət yaradacaq. Bu oyunlarda qələbə qazanaraq pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik”.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt Frankfurt” qarşılaşmasında Almaniya təmsilçisinə müvəqqəti olaraq Dennis Şmitt rəhbərlik edəcək. Matç yanvarın 21-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 19 Yanvar 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















