Icma.az
close
up
RU
Ayntraxt niyə Bakıya gələr gəlməz baş məşqçini qovdu? Klub rəsmisi açıqladı

Ayntraxt niyə Bakıya gələr gəlməz baş məşqçini qovdu? Klub rəsmisi açıqladı

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ayntraxt" niyə Bakıya gələr-gəlməz baş məşqçini qovdu? - Klub rəsmisi açıqladı

Almaniyanın "Ayntraxt" klubunun idman direktoru Markus Kröşe baş məşqçi Dino Toppmöllerin istefası, komandanın hazırkı durumu və Bakı səfəri barədə açıqlama verib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, funksioner ayrılığın səbəblərinə aydınlıq gətirib və qarşıdakı planlardan danışıb.

Klub rəsmisi əvvəlcə sabiq baş məşqçiyə təşəkkür edərək onun "Ayntraxt"ı tarixində ilk dəfə Bundesliqa yolu ilə Çempionlar Liqasına çıxardığını və oyunçuların inkişafındakı rolunu xatırladıb. Lakin Kröşe ayrılığın qaçılmaz olduğunu, son həftələrdəki gedişatın uğura olan inamı sarsıtdığını vurğulayıb. O, əsas problemin sistemli şəkildə çox qol buraxmaq olduğunu və müdafiədəki geriləməni məşqçilər korpusunun həll edə bilməyəcəyini anladıqlarını qeyd edib.

İdman direktoru qərarın niyə məhz indi verilməsini belə izah edib:

"Bazar günü belə qənaətə gəldik ki, yollarımızı ayırmalıyıq. Çünki son həftələrin və ayların gedişatı göstərdi ki, bu yolda uğurla davam edə biləcəyimizə inam qalmayıb. Əsas problem odur ki, çox qol buraxırıq və bu, müəyyən bir sistem halını alıb. Məşqçilər korpusunun bu problemi həll edəcək yollar tapacağına daha inanmırdıq. Müdafiə oyunumuzdakı inkişaf dayanıb, hətta geriləmə müşahidə olunur".

Markus Kröşe komandanın Bakıya müvəqqəti məşqçi ilə yollanacağını bildirib:

"Qısa müddətdə komandaya Dennis Şmitt rəhbərlik edəcək. Ona Aleks Mayer və Yan Fisser kömək edəcək. Biz Bakıya onlarla birlikdə yollanacağıq və orada qalib gəlmək istəyirik ki, "Tottenhem"lə ev oyunundan öncə yaxşı mövqedə olaq. Çempionlar Liqasında hələ iki oyunumuz var və pley-offa vəsiqə qazanmağı hədəfləmişik".

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://qol.az
archiveBu xəbər 19 Yanvar 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri