“Ayntraxt”ın son dəqiqə mərəzi: əvvəl buraxırdılar, indi vururlar! Bakıya yeni “Bayer 04” gəlir?
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Futbolun da bəzi yazılmamış qaydaları, qanunauyğunluqları, tendensiyaları var. Məsələn, əminəm ki, Yuri Vernidub “Piramids”lə oyundan sonra futbolçularını, konkret Cordan Rezabalanı danlayıb ki, qapının önündə topla elə ehtiyatsız davranmaq, rəqibin qol vurmasına şərait yaratmaq olmaz. Amma nə olsun?! “Çenqdu Ronqçenq”lə oyunda Emil Balayev həmin səhvi təkrarladı və təbii ki, yenə də “ağ-qaralar”ın qapısına qol vuruldu.
Söz tendensiyadan düşmüşkən, “Ayntraxt”dan danışacam. Təəccüblənəcəksiz ki, “Neftçi” hara, “Ayntraxt” hara? Sözümün canı var. “Ayntraxt”ın bütün son oyunları son dəqiqə qolları ilə müşayiət olunur. Baxın: Dortmund “Borussiya”sı ilə oyunda qələbəni 90+6-cı dəqiqədə buraxılan qolla əldən verdilər, “Ştutqart”la oyunda 87-ci dəqiqədə qol buraxdılar və heç-heçə əldən getdi. “Verder”lə dünən keçirilən oyunda isə Knauffun 90+5-ci dəqiqədə vurduğu qolla bir xal qazandılar – 3:3. Bir qədər əvvəl “sözümün canı var” deyirdim e, bax, o can budu! Adamlar bütün oyunlarda son dəqiqəyə qədər oynayır – ya qol vururlar, ya da buraxırlar. Yaxşı olar ki, Bakıda ikinci variantı görək. Əslində günlərdi “Qarabağ”a bu yöndə ciddi xəbərdarlıq etməyimizin də bir mənası yoxdu. Axı ortada “Bayer-04”lə oyunların acı təcrübəsi var. Bu komanda ilə hər iki oyunda 2:0 öndə olub, sonra mərhələni əldən verən Qurban Qurbanov Almaniya komandalarının son dəqiqə əzazilliyini öz üzərində hiss edib. Necə deyərlər, başına gələn başmaqçı olar. Önə çıxdınsa, bacardıqca çox qol vur, geri çəkildinsə, 90+5 də təhlükəlidi.
ORXAN
Baxış sayı:29
Bu xəbər 17 Yanvar 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















