Icma.az
close
up
RU
“Aynur qəyyumluğu məndən aldı, indi də Aygünün pullarını yeyir” BÖYÜK QALMAQAL

“Aynur qəyyumluğu məndən aldı, indi də Aygünün pullarını yeyir” BÖYÜK QALMAQAL

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əməkdar artist, mərhum müğənni Aygün Bəylərin bacısı Zümrüd Hümbətova Medianews.az-ın suallarını cavablandırıb.

– Zümrüd xanım, bu gün Aygün xanımın ölümünün birinci ildönümüdür. Bir il sanki bir göz qırpımında gəlib keçdi..

– Bəli, çox doğru qeyd etdiniz. Heç inanmaq olmur ki, Aygün 1 ildir ki, dünyada yoxdur. Allah ona qəni-qəni rəhmət etsin.

– İl mərasimi verəcəksiniz?

– Mən yox, bacıları təşkil edib. Yeni Suraxanı qəsəbəsindəki “Nur” mərasim zalında olacaq məclis. Varisi Aynur xanım il mərasimini verəcək. Kimin ürəyi istəsə iştirak edə bilər. Günortaya qədər qadınlar, günortadan sonra isə kişilər olacaq.

– Belə başa düşdüm ki, məclisdə siz iştirak etməyəcəksiz?

– Xeyr, mən iştirak etməyəcəm. Sağlığında ona yaxın durmayan bacılar indi guya onu çox sevirmişlər kimi camaata şou göstərirlər. Mən Aygünü ürəyimdə yaşadıram, digərləri isə göstəriş üçün nəsə edir.

– Zümrüd xanım, sanki siz Aygündən sonra hələ də özünüzə gəlməmisiz… Hələ də depressiyadasız..

– İnanın özümə gələ bilmirəm. Gördüklərim isə mənə daha çox əziyyət verir. Aygün sağ olsaydı hər şey başqa olacaqdı. Necə ki, Aygün tək, kimsəsiz qalmışdı, bacıları onu saymırdı, indi mən onun günündəyəm. Haqqına danışıram deyə məni hər şeydən uzaq tuturlar. Bir ildir susuram, qəhər məni dəli edib.

– Belə başa düşdüm ki, ailənizdə heç kimlə əlaqəniz yoxdur. Bu soyuqluğu kimlər yaratdı?

– Bizim ailədə bir “demaqoq” var, ömür-boyu da o olub. O da Aygünün bacısı Aynurdur. Anam rəhmətə gedən kimi evini satıb yedi. Qardaşım tutuldu, evini, qızıllarını satıb yedi. İndi də Aygün rəhmətə gedib, hər şey əlindədir. Nə istəyirsə onu da edir.

– Bəs Aygünün qızı Canan üçün nələrsə saxlayıb?

– Evi var. Hesabında pulu var. Varis isə Aynurdur. Əvvəl varis mən idim.

– Sizi varislikdən uzaqlaşdırıblar?

– Aygün hər şeyini mənə vəsiyyət etmişdi deyə qəyyum mən idim. Vərəsəlik söhbəti ortaya çıxandan sonra Cananı qızışdırıb üstümə saldılar. Mən də öz xoşumla qəyyumluğu onlara verdim. Halbuki rəhmətlik hamının yanında Cananı mənə etibar etmişdi. Mən indi kənara çəkilmişəm. Kim nə istəyir onu da edir. Şər atdılar, böhtan atdılar, amma tutmadı. Çünki dedikləri hər şey əsassız idi. Mənim gözüm toxdur.

– Sizcə Aygün yaşasaydı həmin bacılarına nə deyərdi?

– Aygün məsləhət bilsəydi Aynuru özü ilə efirlərə aparardı.. Aynur heç kimi saymırdı, nifrət edirdi. Aygün məni özü ilə efirlərə aparırdı. Bununla öyünmək istəmirəm. Sadəcə bunu deyirəm. Kimə maraqlı gəlsə Aynur və əri haqda gedib maraqlansınlar. Sonra məni qınasınlar. Efirlərdə məni Aygünün yadigarı kimi təqdim edirlər. Demirlər ki, yadigarı Canandır. Deyirlər ki, yadigarı sizsiz.

– Zümrüd xanım, siz özünüz yəqin ki, ayrıca bir məclis verib Aygünü yad edəcəksiz…

– Aygün rəhmətliyin cənazəsi mənim evimdən çıxıb. Necə bunu etmişəmsə elə də ilindən sonra qonşulara ehsan verəcəm.

– Bəs Aygündən sizə nə yadigar qaldı? Əşya olaraq…

– Əşya olaraq mini diskləri. Bunları da sağlığında özü mənə vermişdi. Sənətini davam etdirmək üçün mahnılarını oxuyacam. Bir də köhnə pianosu var. Onları da məndən almaq istəyirlər, amma hələ ki, vermirəm. Bütün bunları bacım sağlığında özü mənə verib. Mənə pul, varislik, qəyyumluq maraqlı deyil. Heç kim özü ilə heç nə aparmır. Kəfəndən başqa. O da hər kəsə qismət olmur.

– İddia edirsiniz ki, bacınız belə hərəkətlər edir. Bir dəfə o bacınıza deməmisiz ki, etmə belə, ayıbdır, kənd yerində yaşayırıq, kənardan baxanlar olur..?

– Xeyr, demədim. Çünki ona belə şeylər çatmır. Nə istəyir onu da edir. Heç kimdən qorxmur. Əstağfurullah.. Allahdan da..

– Aygünsevərlərə sözünüz nədir?

– Sözüm odur ki, nə yaxşı ki, Aygünsevərlər var. Təmənnasız sevib, dualar edirlər. Aygünü hər kəs anır, sevir. Aygün özü də təmənnasız, sadə insan idi. Mən çox xoşbəxtəm ki, rəhmətliyin bu qədər duaçıları var. Tez-tez yuxuma gəlir. Deyir ki, yerim yaxşıdır, bacı, hər kəs mənə dua edir, bacı… Çox sevinir ki, xalqım məni yaxşı yola saldı…və unutmadılar.. (ağlayır). O qədər hər şeydən bezmişəm ki.. Aygündən sonra mənə həyat yoxdur.

– Aygünün bu həyatda ən böyük qazancı nə oldu?

– Yalnız xalqın sevgisi..

– Qızı Cananın taleyi necə oldu?

– Yaxşı.. İstədiyi kimi yaşayır. Vay ölənin halına. Aynur xalasının yanındadır və yediyini, içdiyini bilmirəm. Amma bir onu bilirəm ki, qızı Aygünün istədiyi yerdə və istədiyi kimi deyil. Hesab soruşan kim? Maraqlanan kim? Hərə özü üçün çalışır.

– Mətbuat sizi aqressiv insan kimi tanıdı.. Aygün Bəylər dünyasını dəyişəndə jurnalistlərlə kobud davranmışdınız..

– O vaxt da əslində günah məndə deyildi. Hər kəs özünü kənara çəkdi. Hər şey üstümdə qaldı. Ortalıqda tək qaldım. İstər-istəməz aqressiv olmuşdum. Daha sonra elə mətbuata çıxan, jurnalistlərə müsahibə verən və onlarla dostlaşan mən oldum.

– Aygünün son konsertini istərdim xatırlayaq..

– O vida konserti idi. Hamıyla sanki sağollaşırdı. Hamının əlini sıxırdı.. Həmin konsertin pulu “Yaşat” fonduna getdi. Daha sonra “Yaşat” fondu pulu geri qaytardı. Bunu eşidən Aynur bacısı tezbazar qəyyumluğu ələ keçirdi. Heyf ki, bunu Canan anlamadı. Aygünün hesabında nə qədər vəsait var. Məncə Aygünün hesabından əməlli-başlı yas vermək olardı. Yoxsa ki, kasıbyana… Axı Aygün bizim sərvətimizdir. Pul boş şeydir. Yasını mən verəcəkdim. Məni iştirak etməyə qoymadılar deyə yası vermədim. Hamısını Allaha həvalə etmişəm. Bu dünyadakı insanları aldada bilərlər. Ağlamaqla yaxud da başqa nələrləsə.. Amma o dünyada Allahın qarşısında belə olmayacaq. Aygün sağlığında mənə bir otaq olan evi vermişdi. Hansı ki, cənazəsi da həmin evdən götürüldü. Mən 15 ildən çoxdur orada qalıram. Onu da ildən sonra əlimdən almaq istəyirlər. Mənim də iki uşağım var, ailəm var. Əla da yaşayırıq, heç kimin pulunda, mülkündə gözümüz yoxdur. Bütün bu hərəkətlərinə görə Aynura iradlarım olurdu deyə məndən əvəz çıxır. Eybi yoxdur, Allah böyükdür.

– Aygün Bəyləri hansı mahnı ilə xatırlayacaqsız?

– Ən birinci “Tut ağacı” əsəri ilə.. Bu əlçatmaz mahnıdır və Aygün bu mahnıya öz möhürünü vurub. Məzardaşında da tut ağacının simvolu var. Bu mahnı əbədi olaraq yaşayacaq. Elə Aygünün özü kimi..

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see256

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see175

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see171

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see140

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see135

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see121

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri