Aysel Vəzirovanın kitabı ABŞ də mükafata layiq görülüb
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Hazırda həyat yoldaşı və oğluyla ABŞ-də yaşayan və işləyən Aysel Vəzirova “Sükutun beş qismi” adlı ingilis dilində roman yazıb.
525.az xəbər verir ki, Oklahoma Yazıçılar Federasiyasının illik ədəbi müsabiqəsində roman ikinci mükafata layiq görülüb. 1918-ci ildən fəaliyyət göstərən Federasiya ABŞ-ın ən nüfuzlu ədəbi təşkilatlarındandır.
Aysel Vəzirovanın romanında hadisələr keçən əsrin 30-cu illərində Bakıda cərəyan edir. Sovet rejimi dinə qarşı amansız mübarizə aparır. Hadisələrin mərkəzində teatr tamaşası zamanı çadrasını atan qadın obrazı durur. Əsərin sonrakı fəsillərində qadın azadlığı uğrunda mübarizənin çətin mərhələləri əksin tapır.
Azərbaycan, rus, ingilis və ərəb dillərini mükəmməl bilən Aysel Vəzirova məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun və Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın nəvəsi, mərhum Rauf Vəzirovun və Bakı Dövlət Universitetində ərəb dili müəllimi Fidan Rzayevanın qızıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 12 May 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















