“” beynəlxalq mükafata layiq görülüb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 2 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Azexport.az” portalı Böyük Britaniyada yerləşən “European Union Business News” beynəlxalq media qurumunun təşkil etdiyi “European Enterprise Awards 2025” müsabiqəsində “İnnovasiya” nominasiyası üzrə mükafata layiq görülüb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Azexport.az” portalına “2025-ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” (Best National Export Promotion Platform 2025) mükafatı təqdim edilib.
Müsabiqə çərçivəsində “Azexport.az” portalının Azərbaycanın qeyri-neft ixracının təşviqi, rəqəmsal ticarət infrastrukturunun qurulması və yerli istehsalçıların xarici bazarlara çıxışının təmin edilməsi istiqamətində fəaliyyəti nəzərə alınıb.
Qiymətləndirmə zamanı portalın milli məhsulların vahid rəqəmsal reyestrinin formalaşdırılması, ixrac prosedurlarının “vahid pəncərə” prinsipi əsasında rəqəmsallaşdırılması, həmçinin “Digital Trade Hub” çərçivəsində elektron sənədləşmə, elektron imza, onlayn ixrac müraciəti, elektron ödənişlər və transsərhəd rəqəmsal əməliyyatların inteqrasiyası üzrə fəaliyyəti qeyd olunub.
Bununla yanaşı, “Azexport.az” portalının “Amazon”, “Alibaba”, “eBay”, “JD.com”, “TradeKey” və digər beynəlxalq elektron ticarət platformaları ilə inteqrasiyası da qiymətləndirmədə nəzərə alınan istiqamətlər sırasında olub.
Qeyd edək ki, “Azexport.az” portalı Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlarda təşviqi, yerli ixracatçıların beynəlxalq elektron ticarət platformalarına çıxışının dəstəklənməsi və ixrac proseslərinin rəqəmsallaşdırılması istiqamətində fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 Sentyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















