Icma.az
close
up
RU
Aysun İsmayılova: “Gecə uşağın atasına yazdım ki...”

Aysun İsmayılova: “Gecə uşağın atasına yazdım ki...”

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur müğənnni Aysun İsmayılova tanınmış aparıcı və prodüser Tarix Əliyevin “Youtube” kanalında yayımlanan “Səmimi” verilişində qonaq olub.
Müğənni hər iki evliliyində yaşadığı çətin günlərdən danışıb.
Birinci həyat yoldaşı Eşqin Cəlilovla olan münasibətindən bəhs edərək deyib ki, nişanından bir ay sonra ayrılmaq istəsə də, buna anası (müğənni Rəqsanə İsmayılova-red.) icazə verməyib: “Nişanlı olduğum müddətdə, bayramların birində Moskva şəhərində yerləşən, məclislərimizi etdiyimiz həyət evinin restoranı vardı ki, anamı ora çağırıb nişanımı qaytarmaq istədiyimi dedim. Anam da bunun əleyhinə çıxdı və “olmaz, camaata nə deyərik?! dedi”. Daha sonra o söz artıq beynimdə qaldı”. Sonra evlənməyimə anam razı olmasa da, o sözə görə düşündüm ki, ailə qurmalıyam. Nişanımda hər şeyi, xonçalarıma qədər özüm hazırlamışdım. Oğlan evindən mənə nəisə verilməmişdi, heç kimə də bildirmədim. Nişana bir həftə qalmışdı. Oğlan evi xonçanı vermişdi, içini doldurmaq üçün pul yox idi, evdəkilərə də deyə bilmədim. Şəmkir toyuna getdim, qazandığım pulları xonçalara xərclədim. Nişanda qızıl taxılmamışdı, nişan üzüklərini də özüm aldım. Bir evlənmə təklifi üçün üzük verilmişdi, o da alınma deyildi, anasının üzüyünü taxmışdı mənə. Mənə maddiyyat maraqlı deyildi. Vacib deyildi bahalı komplektlər alına, adam kasıb da ola bilər, əvəzinə bir gül də ala bilərdi”.
A.İsmayılova bildirib ki, ikinci evliliyindən olan uşağını keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyevin görməsinə icazə vermir: “Çünki il yarımdır o uşağı ata tərəfdən kimsə axtarmır. Mənim uşağım artıq anlayır, atası ya bu uşağı həftədə iki gün gəlib görməlidir və bütün tələbatını qarşılamalıdır, ya da gedib ildə bir dəfə gəlib uşağıma travma yaşatmamalıdır. Dayəmlə ona xəbər göndərdim. Hər zaman ətrafıma deyirəm ki, boşananda elə boşanın ki, üz-üzə gələ biləsiniz, ortada uşaq var. Mən kimsəylə düşmənçilik aparmamışam. Uşağımın atasına da ilk gündən dedim ki, övladını nə zaman istəsən, gəlib görə bilərsən. Uşağım 40 dərəcə qızdırmalı idi, mikrob düşmüşdü... Səhərə qədər xəstəxanada qalmışdıq. 12 gün övladım əziyyət çəkdi. Mən gecə atasına yazdım ki, uşağa dərman lazımdır, gecə qızdırma qalxıb, uşağı qoyub gedə bilmirəm. Bakıda da heç kimim yox idi. Gecə saat 4-də kimə yığa bilərəm ki, dərman gətir?! Ancaq uşağın atasına edə bilərdim. O dərmanı göndərə bilmirsə mənə, “göndərirəm” deyib telefonu söndürürsə, deməli, bu insana uşaq lazım deyil! Mən o uşağı anamın evindən götürüb gətirməmişdim”. (Pravda.az)
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Aprel 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri