Icma.az
close
up
RU
Ayxan Abbasov: Belə oynayıb məğlub olanda adam ikiqat üzülür

Ayxan Abbasov: Belə oynayıb məğlub olanda adam ikiqat üzülür

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Üzücü məğlubiyyət oldu. Belə oynayıb məğlub olanda adam ikiqat üzülür. Matç baxımından futbolçularımız yaxşı performans göstərdi. Birinci hissənin son saniyəsində diqqətsizlikdən qol buraxdıq. Belə qol rəqibə psixoloji üstünlük verir. "Zirə"yə qarşı qolları qaçırmaq üzücüdür. Çünki onlar kompakt oynayan, sürətli hücuma çıxan komandadır. İkinci qolu da elə vurdular. Çempionat davam edir. Fərdi səhvləri azaltsaq, nəticələr yaxşı olacaq. Çox çalışmalıyıq. Daha yaxşı olacağıq. Buna inanıram". Sport24.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 19-cu turunun "Zirə" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

- Sizcə, oyunun ədalətli nəticəsi nə idi?

- Məncə, heç-heçə idi.

- Arsen Ağcabəyov sonun dəqiqədə qol epizodunu qaçıranda nə hiss etdiniz?

-  Ondan qabaq da Belajdi Pusinin 100 faizlik epizodu var idi. Bu epizodlara girmək özü bir işdir. Futbolçuların əziyyətinə görə üzülürəm. Oyun bizə siqnal verir ki, daha yaxşı olacağıq.

- Müdafiədə fərdi səhvlər çoxdur. Hansı addımı atmağı düşünürsüz?

- Düz qeyd edirsiz. Həm "Qarabağ"la matçı, həm də bugünkü oyunu fərdi səhvlərə görə uduzmuşuq. Bunun çarəsini tapmalıyıq. 

- "Şamaxı" yaxşı oynayır amma nəticə yoxdur...

-Bilirik ki, yaxşı oyun xal vermir. Amma bizim məqsədimiz bəllidir. O məqsədə çatmaq üçün bu oyun bizə ümid verir.

- Qışda ən çox transfer edən klub "Şamaxı" oldu. Transfer işini yekunlaşdırmısız?

- Ən çox transfer etməyimizin səbəbi odur ki, ən çox bizdən oyunçular gedib. Mövsümün əvvəlində təsdiq olunmuş büdcədir. Yəqin bir transfe də edib kifayətlənərik.

- Premyer Liqada komanda sayının artırılıb legioner limitinin ləğv olunacağı ilə bağlı söz-söhbətlər var. Sizcə, bu ölkə futboluna fayda verər?

- Həmişə komanda sayının daha çox olmasının tərəfdarıyam. Çünki 4 dövrə oynamaq çətindir. Komanda sayı artsa, yerli futbolçular da oynayacaq, gənc oyunçular üzə çıxacaq. Bütün komandalar legioner gətirməyəcək, hamı avrokuboklar üçün oynamayacaq. Şərait baxımından da inkişaf etməliyik. Premyer Liqa oyunları yaxşı stadionlarda keçirilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sport24.az
archiveBu xəbər 24 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri