Icma.az
close
up
RU
Ayxan Abbasov: “Məğlub olanda çox suallar ortaya çıxır”

Ayxan Abbasov: “Məğlub olanda çox suallar ortaya çıxır”

Icma.az, Apasport saytına istinadən bildirir.

Misli Premyer Liqasının XXVIII turunun "Karvan-Yevlax" - "Şamaxı" matçından (1:0) sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyun haqqında fikirlərini bölüşüb:

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, "Karvan-Yevlax" son matçlara final kimi baxır. Motivasiyaları yüksəkdir. Bundan öncəki matçda da əzmkarlıqları görünürdü, bu gün də göründü. Oyun əlimizdə idi, dominantlıq edirdik, amma qol vura bilmədik. Bir çox oyunlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı çatışmadı. Çox işləməlidirlər. Buna baxmayaraq, isti havada 90 dəqiqə vuruşmaq, ruhdan düşməmək, hücum etmək, son saniyəyə qədər epizoda girmək yaxşı göstəricidir. İstəyərdik ki, qalib gələk və turnir cədvəlində irəliləyək. Olmadı. Qarşıdakı matçlara baxacağıq".

- İki fərqli hissə izlədik. Birinci hissədə temp yüksək deyildi. Fasilədən sonra rəqibi təzyiq altında saxladınız. Siz tapşırmışdız ki, futbolçular belə oynasın?
- 
Hava isti idi, bu da imkan vermədi. Rəqib də tempi yüksəltməyimizi istəmirdi. Bu da normaldır. İkinci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçular meydanda oldu. Amma bu da yetərli olmadı. Birinci hissədə də 3 real qol vəziyyətimiz var idi. Futboldur da, olur.

- Sizdə sanki motivasiya yox idi. Bu da işinizin öhdəsindən erkən gəlməyin fəsadlarıdır? Komanda Premyer Liqada qalıb...
- 
Motivasiya baxımından bizdə problem yox idi. Bu olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər. Sadəcə dediyim məqamlarda yetərli olmadı. Xüsusən də gənc futbolçuların epizodları var idi. Məşqlərdə də yaxşıdırlar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq. Rəqib isə daha mübarizəli görünə bilərdi.

- Ötən mətbuat konfranslarında "Şamaxı"dan ayrılacağınızın siqnalını vermişdiniz. Bu gün də komandanın əvvəlki kimi görünməməsinin səbəbi məhz o açıqlamadır? Futbolçular bilir ki, baş məşqçi gedir. Bunun komandaya təsiri var idi?
- 
Məncə, daha əksinə ola bilər. Futbolçular daha məsuliyyətli olmalıdır. Çünki mövsümün sonu yaxınlaşır. Müqaviləsinin müddəti başa çatan futbolçular var. Onlar mövsümün sonuna yaxın özlərini göstərmək istəyirlər. İnanmıram ki, bu açıqlamanın təsiri olsun. Məğlub olanda çox suallar ortaya çıxır.

“Gözdən yayınan” ofsayd, YOXSA ƏVVƏLDƏN YAZILMIŞ SSENARİ? - VİDEO “Zirə”nin futbolçusu mükafatlandırılıb Vernidub: “Son dəqiqələr haqda danışmaq istəmirəm” Rəşad Sadıqov: "Neftçi"dən üzr istəyirəm“ Zirədə qollu sülh - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://apasport.az
archiveBu xəbər 18 Aprel 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri