Icma.az
close
up
RU
Ayxan Abbasov: Belə qırmızı vərəqələri bağışlamıram

Ayxan Abbasov: Belə qırmızı vərəqələri bağışlamıram

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Şamaxı" Misli Premyer Liqasının 8-ci turunda doğma meydanda "Kəpəz"ə 1:4 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Üzücü məğlubiyyət oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik. Rəqibi təbrik edirəm. Çempionatda belə oyunlar olur, səndə heç alınmır, hər şey rəqib tərəfdə olur. Bu gün bizim üçün həmin matçlardan idi. Oyuna yaxşı başlasaq da, qol vursaq da, 20-ci dəqiqədən sonra komandada eniş hiss etdik. Matçın qırılma anı Abdullahi Şuaybunun qırmızı vərəqə aldığı epizod idi. Bəlkə də 11 nəfərlə oynasaydıq, nələrisə dəyişə bilərdik. Növbəti qarşılaşmalara hazırlaşmalıyıq. Belə hadisələr ötən mövsümdə də başınıza gəlib. Zədələr var. Rotasiyalar etməkdə çətinlik çəkirik. Amma bu, bəhanə deyil. Komanda olaraq toparlanmağa ehtiyacımız var.

- Abdullahi Şuaybunun qırmızı vərəqə aldığı epizodu necə şərh edərdiniz?

- Şuaybunun günahı böyükdür. Təsəlli ediləsi bir şey yoxdur. Futbolçuları belə epizodlara hazırlamışdım. "Kəpəz"in oyunçuları var ki, rəqib hücumçuları özündən çıxarmağı bacarır. Onlardan biri Dioqo Verdaşkadır. Belə qırmızı vərəqələri bağışlamıram. Çünki komandanı pis vəziyyətdə qoydu. Bəlkə də özünü keçmiş komandasına göstərmək istəyir.

- "Şamaxı" "Kəpəz"ə nədə məğlub oldu?

- Bu gün rəqibdə hər şey alındı. Bizdən istəkli olduqlarını da demək lazımdır. İlk 20 dəqiqədə oynadığımız oyunu saxlamaq lazım idi. Qol da vurmuşduq. Bu gün əlbəttə rəqib bizdən üstün idi.

- Sizin iki həftə milli komandada olmağınızın təsiri ola bilər?

- Ötən ay millidən qayıdandan sonra ən yaxşı oyunumuzu oynamışdıq, "Karvan-Yevlax"a qalib gəldik. Mənim olub-olmamağımın məğlubiyyətə təsiri yoxdur. Bəzi futbolçular olmayanda oyunumuz aşağı düşür. İrəli baxmaq lazımdır.

- İki həftə ərzində üç məğlubiyyət mental olaraq sizə necə təsir edir?

- Əlbəttə çətindir. Məğlubiyyətlərdən sonra daha güclü olmalısan. Neçə ildir Premyer Liqadayam. Ardıcıl məğlubiyyətlər də, qələbələr olub. Bu dəqiqə biz futbolçularda özünəinam yaratmalıyıq. Bilirik ki, nə üçün vuruşuruq. Bəli, bizə uyğun rəqiblərlə matçlarda məğlubiyyət qəbuledilməzdir. Amma futbolda hər şey olur.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri